SON XƏBƏRLƏR

ABŞ Ermənistandan İrana qarşı yararlanmağa çalışır

2021.10.20, 07:36
ABŞ Ermənistandan İrana qarşı yararlanmağa çalışır

Gunaz.tv
ABŞ Ermənistandan İrana qarşı yararlanmağa çalışır ag-ev.jpg "Nüvə və radioaktiv maddələrin qaçaqmalçılıq yoluyla daşınmasına qarşı birgə mübarizəyə dair sazişin imzalanması bundan qaynaqlanır" Ötən gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ABŞ dövlət katibi Kondaliza Raysla görüşüb. Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüşün əvvəlində Edvard Nalbandyan deyib ki, İrəvan Vaşinqtonla müxtəlif sahələrdə əlaqələri genişləndirməyə böyük önəm verir. Hər iki diplomat qeyd edib ki, tarixi-ənənəvi erməni-Amerika əlaqələrini genişləndirməyə hüquqi baza və syiasi iradə geniş imkanlar açır. Edvard Nalbandyan ABŞ-ın Ermənistana müstəqillik qazanmasından bu yana 1,9 milyard dollar həcmində maliyyə yardımı göstərməsini də xüsusi vurğulayıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi də müzakirə olunub. Edvard Nalbandyan və Kondaliza Rays münaqişənin yalnız sülh yoluyla həllini zəruri sayıb, ATƏT-in Minsk qrupunun fəaliyyətini yüksək qiymətləndiriblər. Hesab ediblər ki, danışıqların Madrid prinsipləri əsasında davam etdirilməsi irəliləyişlər əldə etməyə imkan verir. Ermənistanın xarici işlər naziri ABŞ dövlət katibini Türkiyəylə bağlı mövqeləri barədə də məlumatlandırıb və diplomatik əlaqələrin qurulması, sərhədlərin açılması üçün İrəvanın şərt irəli sürmədiyini açıqlayıb. Görüşdən sonra nazirlər nüvə və radioaktiv maddələrin qaçaqmalçılıq yoluyla daşınmasına qarşı birgə mübarizəyə dair saziş də imzalayıblar. Qeyd edək ki, saxtakarlıqla, qan tökməklə prezident kürsüsünə yiyələnmiş rusiyayönümlü Serj Sərikisyanın davranışlarına ABŞ-ın susqun münasibəti diqqət çəkir. Baxmayaraq ki, hələ işğalçı ölkədə proseslər başa çatmayıb, Qərbyönümlü baxışlarıyla seçilən sabiq prezident Levon Ter-Petrosyan və onun tərəfdarlarının etiraz aksiyaları davam edir, Vaşinqtonda Serj Sərkisyanın formalaşdırdığı hökumətin naziri xüsusi hörmətlə qarşılanır. Yeri gəlmişkən, Serj Sərkisyanın hökuməti həm də Vaşinqtonun hazırda bir nömrəli düşməni saydığı, nüvə silahına yiyələnməyə can atan İranla əlaqələri genişləndirməyə, iqtisadi münasibətləri inkişaf etdirməyə xüsusi diqqət yetirir. Məsələylə bağlı fikirlərini öyrəndiyimiz politoloq Hikmət Hacızadə deyir ki, Vaşinqtonun davranışları vəziyyətin ağırlığıyla bağlıdır və ABŞ hazırda diqqətini əsasən nüvə silahına yiyələnmək istəyən İranın cəhdlərinin qarşısını almağa yönəldib. Demokratiya, "genosid", seçki, Türkiyəylə sərhədlər, hətta Qarabağ adıçəkilən superdövlət üçün ikinci dərəcəli məsələlərdir: "Əgər İranla mübarizə planına nələrsə lazımdırsa, onu ABŞ edəcək. Ermənistanla sazişlər bağlayacaq, cürbəcür bəyanatlar verəcək. Başa düşməliyik ki, müharibə gedir. Biz beş-on il əvvəl mövcud olan stabil dünyada deyilik. Vaşinqtonun İrəvanla nüvə və radioaktiv maddələrin qaçaqmalçılıq yoluyla daşınmasına qarşı birgə mübarizəyə dair saziş imzalaması da İranla bağlı plandan qaynaqlanır". Rəvan Məmmədli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar