SON XƏBƏRLƏR

ABŞ-ın İrana qarşı birtərəfli iqtisadi sanksiyaları üçüncü ölkələrin maraqlarına daha ağır zərbə vurur

2021.10.20, 07:36
ABŞ-ın İrana qarşı birtərəfli iqtisadi sanksiyaları üçüncü ölkələrin maraqlarına daha ağır zərbə vurur

Gunaz.tv
ABŞ-ın İrana qarşı birtərəfli iqtisadi sanksiyaları üçüncü ölkələrin maraqlarına daha ağır zərbə vurur ABŞ-ın sahil mühafizəsi Amerika sahillərini keçərək İran körfəzinə daxil olan bütün gəmilərin məcburi baxışını həyata keçirməyə başlayıb İranın uranın zənginləşdirilməsini dayandırmaqdan imtina etdiyinə görə, ABŞ-ın qəbul etdiyi birtərəfli iqtisadi sanksiyalar üçüncü ölkələrin maraqlarına daha ağır təsir göstərir. Mətbuatın məlumatına görə, ABŞ-ın sahil mühafizəsi Amerika sahillərini keçərək İran körfəzinə daxil olan bütün gəmilərin məcburi baxışını həyata keçirməyə başlayıb. Söhbət ABŞ-ın milli təhlükəsizlik nazirliyinin İranı anteterror nəzarətini ciddi həyata keçirməyən ölkələr siyahısına daxil etməsi barədə yeni qərardan gedir. Bununla bağlı "New York Sun" qəzeti yazır ki, İranın ABŞ-ın sahil mühafizəsinin terrorçu siyahısına daxil edilməsi Amerika sahillərindən keçərək İrana gedən bütün iri gəmi şirkətlərini cəzalandıracaq. ndi şirkətlər gəmilərini sahildə saxlamamışdan əvvəl sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən elə dənizdəcə yoxlanacaq. İlk növbədə şəxsiyyət vəsiqələri, gəminin sənədləri yoxlanacaq. Şübhəli məqam yaranarsa, o zaman gəmidəki yükə da baxış keçirilə bilər. Yeni addımların məqsədi- gəminin kapitanının təhlüksəziliyin təmin edilməsi üçün “tələb olunan hərəkətləri” yerinə yetirib -yetirməməsindən əmin olmaq, gəminin limanda dayandığı zaman bütün sutka ərzində silahlı qüvvələr tərəfindən qorunmasını yoxlamaqdır. Ümumdünya gəmiçilik şurasının nümayəndəsi Çarlz Diorionun fikrinə görə, yeni addımlar İranda biznes maraqları olan şirkətlərin həyatını çətinləşdirəcək. “Hər dəfə gəmiyə dərhal sahildə yan almağa icazə verilməyəndə, yükün boşaldılması ilə bağlı problem yaranır. Amerikanın Liman Assosiasiyası idarəsinin prezidenti Suzan Monteverde də hesab edir ki, bütün bunlar işi gecikdirir. Bu yaxınlarda Avropaya səfəri zamanı ABŞ prezidenti Corc Buş öz tərəfdaşlarının Tehrana qarşı maliyyə sanksiyalarını sərtləşdirməsinə çalışıb. Bununla bağlı New York Sun qəzeti yazır ki, ABŞ-ın maliyyə nazirliyi hazırda aparıcı dünya banklarını İran bankları ilə hər-hansı əməliyyat aparamaqdan çəkinməyə çağırır. Bundan başqa əsas İran bankları Amerika hakimiyyəti tərəfindən artıq terrorçuluğun sponsorları siyahısına salınıb. Bu isə həmin banklar üçün Avropa və Yaponiyadan kredit almaqda çətinlik yaradır. Bununla yanaşı, bu yaxınlarda məlum olub ki, Tehran Avropadakı hesablarından 75 mlrd dolları çıxarıb. Bu addımın atılmasına səbəb isə, yeni beynəlxalq sanksiyalar altında həmin hesabların dondurulması təhlükəsi olub. Vəsaitin bir hissəsi qızıl və aksiyaya çevrilib, digərləri isə Cənub –Şərqi Asiyada bank hesablarına yatırılıb. Vəsaitlərin köçürülməsi barədə qərar isə İran prezidenti Mahmud Əhmədinejada məxsus olub. /newsru.com/ express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar