SON XƏBƏRLƏR

ABŞ-ın UYDURMA SOYQIRIMI TANIMASI MÜMKÜNSÜZ İŞDİR.Qabil Hüseynli: “Amerika türk dünyası ilə getdikcə daha sıx bağlanır”

2021.10.20, 07:36
ABŞ-ın UYDURMA SOYQIRIMI TANIMASI MÜMKÜNSÜZ İŞDİR.Qabil Hüseynli: “Amerika türk dünyası ilə getdikcə daha sıx bağlanır”

Gunaz.tv
“ABŞ-ın UYDURMA SOYQIRIMI TANIMASI MÜMKÜNSÜZ İŞDİR” Qabil Hüseynli: “Amerika türk dünyası ilə getdikcə daha sıx bağlanır” 879.jpg Bu gün ABŞ Senatında Birləşmiş Ştatların Ermənistandakı səfiri vəzifəsinə namizədliyi irəli sürülmüş Marie Yovanoviçin təyinatı ilə bağlı dinləmələr keçiriləcək. Dinləmələrdən bir neçə gün əvvəl ABŞ prezidentliyinə namizəd, Senatın üzvü Barak Obama Amerika Erməni Milli Komitəsinin rəhbəri Ken Hacikyana məktub göndərib. Obama məktubunda “mən sizinlə razıyam ki, 1915-1923-cü illər arasında Osmanlı imperiyasında baş verənlər soyqırım kimi tanınmalıdır” deyə qeyd edib. “Biz bu faciəvi hadisələri tanımalıyıq. Buş administrasiyasının bunu etməməsinin heç bir əsası yoxdur və biz administrasiyanın mövqeyini dəyişmək üçün işlərimizi davam etdirməliyik”. Qeyd edək ki, B.Obama qatı ermənipərəst mövqeyi ilə seçilən Senat üzvlərindən biridir. O, 2006-cı ildə ABŞ-ın Ermənistandakı səfiri Con Evansın vəzifədən çıxarılmasına etiraz etmişdi. Evans səfir işlədiyi dövrdə “erməni soyqırımı”nı tanıması barədə bəyanat verdiyinə görə geri çağırılmışdı. Ekspertlər hesab edir ki, B.Obamanın seçki kampaniyası dövründə qondarma soyqırımı tanımaqla bağlı çağırışlar etməsi erməni lobbisindən dəstək almaq məqsədi daşıyır. Bəllidir ki, Amerikada erməni lobbisi çox güclüdür və B.Obama bu kartdan yararlanmağa çalışır. ABŞ-da nəinki prezidentliyə namizədlər, hətta Konqres üzvləri də növbəti seçkilərdə qələbə əldə etmək üçün ermənilərlə bu və ya digər şəkildə əlaqələr qurur, ən başlıcası isə “soyqırım”ı tanımaqla bağlı çağırışlar edirlər. Amma istənilən halda bu, Azərbaycanın və Türkiyənin maraqlarına ziddir. ABŞ-dakı situasiyaya təsir göstərmək üçün türk dünyası, daha konkret desək, Türkiyə və Azərbaycan hansı təsirli addımları ata bilər? Mövzu ətrafında söhbət etdiyimiz politoloq, Müsavat başqanının müavini Qabil Hüseynli məsələdə Türkiyənin daha fəal rol oynaya biləcəyini söylədi: “İlk növbədə onu nəzərə almaq lazımdır ki, Barak Obama bu bəyanatı müxalifətdə olarkən verib. Məsələ ondadır ki, onun hakimiyyətə gəlmək perspektivi o qədər də real deyil, onun bu kimi çağırışları ictimai rəyə hesablanıb. Hər halda istənilən ölkədə iqtidar siyasəti ilə seçkiqabağı verilən vədlər üst-üstə düşmür. Bir möcüzə kimi inanmaq lazım deyil ki, Obama prezident seçiləcək və bu vədini yerinə yetirə biləcək. Çünki belə yanaşma Amerikanın strateji mövqeyinə qətiyyən uyğun gəlmir. ABŞ-da tez-tez səslənən belə çağırışları durdurmaq üçün təsirli addımlar atılmasına gəlincə, düşünürəm ki, bu məsələdə Azərbaycan Türkiyə ilə birgə hərəkət etməlidir. Türkiyə çalışmalıdır ki, ABŞ-dakı erməni lobbisindən də güclü olan lobbisindən istifadə edə bilsin”. ABŞ-da türk əsilli xeyli sayda insanın yaşadığını bildirən politoloq diqqətə çatdırdı ki, yəhudi lobbisinin də əhəmiyyətli hissəsi Türkiyəni və onun apardığı siyasəti dəstəkləyir: “Azərbaycan bu istiqamətdə səylərini Türkiyə ilə birləşdirməlidir. Mən ümumiyyətlə, nəzəri baxımdan ABŞ-ın rəsmən qondarma soyqırımı tanıyacağına inanmıram. Çünki Amerika getdikcə türk dünyası ilə daha sıx bağlanır. Azərbaycan isə ABŞ üçün hətta həyati əhəmiyyət kəsb etməyə başlayıb. Eyni zamanda Qərb üçün türk dünyasının strateji əhəmiyyəti durmadan artacaq. Dünyanın inkişafının perspektivlərini əsas götürərək, demək olar ki, Birləşmiş Ştatlarda ”erməni soyqırımı"nın tanınması mümkünsüz bir işdir". Elşad MƏMMƏDLİ musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar