SON XƏBƏRLƏR

ABŞ İranın raket sınaqlarını saxtakarlıq adlandırdı

2021.10.20, 07:36
ABŞ İranın raket sınaqlarını saxtakarlıq adlandırdı

Gunaz.tv
ABŞ İranın raket sınaqlarını saxtakarlıq adlandırdı 20080712132147_1.jpg İranın iyulun 8-dən 10-na kimi raket sınaqları barədə yaydığı məlumatların böyük əksəriyyəti yalandır. Lent.az-ın “The New York Times” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə amerikalı hərbi jurnalistlər yazıblar. Amerikalıların iddiasına görə, Tehranın bütün cəhdlərinə baxmayaraq İsraili vura biləcək raketi hazırlayaraq sınaqdan keçirmək mümkün olmayıb. Yəni 2000 min kilometrlik məsafəni qət edə bildiyi iddia olunan «Şahab-3» ballistik raketlərinin sınağı ümumiyyətlə keçirilməyib. Sınaqdan keçirilən raketlər isə artıq istehsaldan çıxarılan köhnə modellər olub. Xatırladaq ki, bundan əvvəl İranın raket sınağı ilə bağlı yaydığı videogörüntünün saxta olduğu barədə məlumat yayılmışdı. Agentliklər qeyd edirlər ki, əslində İranda cəmi bir raket buraxılıb. Lakin həmin sınaq bir neçə rakursdan çəkilərək birləşdirilib və bir neçə raket sınağının keçirildiyi görüntüsü yaradılıb. lent.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar