SON XƏBƏRLƏR

ABŞ İsraili İranın raket hücumundan qorumaq üçün bu ölkədə radar sistemi quracaq

2021.10.20, 07:36
ABŞ İsraili İranın raket hücumundan qorumaq üçün bu ölkədə radar sistemi quracaq

Gunaz.tv
ABŞ İsraili İranın raket hücumundan qorumaq üçün bu ölkədə radar sistemi quracaq Vaşinqton – APA. ABŞ İsrailə raket hücumundan müdafiə məqsədilə radar sistemi verəcək. APA-nın məlumatına görə, bu barədə CNN Pentaqonun yüksək rütbəli nümayəndəsinə istinadən xəbər yayıb. Adı açıqlanmayan Pentaqon təmsilçisi bildirib ki, radar qurulduqdan sonra ABŞ və İsrail tərəfindən birgə istifadə olunacaq. Xatırladaq ki, sov vaxtlar konqresmenlər prezident Corc Buşu israrla İsraili İranın mümkün raket zərbələrindən qorumaq üçün bu ölkə ərazisində erkən xəbərdarlıq sistemi qurulmasını təmin etməyə çağırırdılar. Konqresmenlər İranın təkmilləşdirilmiş “Şahab-3” raketlərini sınaqdan keçirdiyini xatırladaraq bu raketin 1 tonluq başlıq daşıma və 1250 mil uzaqlıqdakı hədəfi vurma qabiliyyətinə malik olduğunu xatırladıblar. Nəhayət, İsrailin müdafiə naziri Exud Barakın ABŞ-a səfəri zamanı məsələ ilə bağlı razılıq əldə edilib. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar