SON XƏBƏRLƏR

ABŞ Konsulluğuna silahlı basqınla bağlı. Maraqlı faktlar üzə çıxıb

2021.10.20, 07:36
ABŞ Konsulluğuna silahlı basqınla bağlı. Maraqlı faktlar üzə çıxıb

Gunaz.tv
ABŞ Konsulluğuna silahlı basqınla bağlı Maraqlı faktlar üzə çıxıb İstanbulun Terrorla Mübarizə Şöbəsinin əməkdaşları ABŞ Konsulluğuna silahlı basqında şübhəli bilinən 4-cü şəxsi yaxalayıb. Şöbənin əməkdaşları əvvəlcə hadisə yerində istifadə olunan avtomobili, sonra isə həmin şəxsin yerini müəyyən edib. Lakin saxlanılan şəxs terrorla heç bir əlaqəsinin olmadığını bildirib. İstanbuldakı qanlı hadisə ilə bağlı daha bir neçə maraqlı fakt ortalığa çıxıb. Məlum olab ki, terrorçuların silahlı basqını zamanı azlıqda olan polis əməkdaşları konsulluğun təhlükəsizlik əməkdaşlarından kömək istəyib. Lakin onlara rədd cavabı verilib, nəticədə polis meydanda tək qalıb. Bundan başqa atışma başlanan zamanı konsulluğun bütün qapıları bağlanıb və polislərin diplomatik ərazidə mövqe qurmasına imkan verilməyib. Hələlik Türkiyənin aidiyyatı qurumları və təhlükəsizlik xidmətinin əməkdaşları faktlara aydınlıq gətirməyə çalışır. ANS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar