SON XƏBƏRLƏR

Adil əl Cübeyr: “İran, beynəlxalq terrorizmin qaynağıdır”

2021.10.20, 07:36
Adil əl Cübeyr: “İran, beynəlxalq terrorizmin qaynağıdır”

Gunaz.tv

GünAzTV: Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bina Salmanı Amerikaya səfərdə müşayiət edən bu ölkənin xarici işlər naziri Adil əl Cübeyr, martın 23-də Vaşinqtonda Brookings İnstitutunda çıxış edərək, İranın terrorizmə dəstəyindən və onun region ölkələrinin daxili işlərinə qarışmasından danışıb.

 

Adil əl Cübeyr bildirib ki, 1979-cu ildə İranda sektaçılıq ideologiyası ilə hakimiyyətə gələn radikal ruhanilərin rejimi, həmişə region ölkələrinə qarşı düşmən mövqeyində olub və dünyanın baş bəlasına çevrilib: “On illərdir ki, bizim Amerika ilə hərbi və təhlükəsizlik sahələrində, eləcə də terrorizmə qarşı birgə mübarizədə əməkdaşlığımız var. Hazırda bizim bölgə, ciddi problemlərlə üz-üzədir. İraq və Suriyada baş verən olaylar, o cümlədən də Yəmənin qanuni hakimiyyətinə dəstək verilməsinin vacibliyi bu qəbildəndir.

 

İran məsələsinə gəlincə, biz Amerika ilə birlikdə bu ölkəni nəzarətdə saxlamağa çalışırıq. Hesab edirik ki, əgər Amerika nüvə sazişindən çıxsa, bizim İranın qarşısını almaq üçün digər seçimlərimiz olacaq. Bu gün, İran beynəlxalq terrorizmin qaynağı sayılır. Bu ölkə, bölgədə yürütdüyü müdaxiləçi və ekspansionist siyasətini davam etdirir, beynəlxalq qanunları həmişə pozur. İran, öz qonşuları ilə dinc, yanaşı yaşamaq prinsipinə dəyər vermir, ona riayət etmir.

 

Təəssüflər olsun ki, biz, 1979-cu ildən, yəni İran inqilabından bu günə qədər, bu ölkənin əlindən əziyyət çəkmişik. Daha doğrusu, iranlı ruhanilərin hakimiyyətə gəlişindən sonra, onların islam dünyasına rəhbərlik iddialarına başlamalarından və dünyada yaşayan hər bir şiəyə görə məsuliyyət hissi daşıdıqlarını elan etdikləri vaxtdan bu günə qədər əziyyət çəkirik. Lakin bütün bunlara baxmayaraq, biz nə vaxt İrana dostluq əli uzatsaq da, əvəzində onların bizə qarşı düşmənçiliyinin və dağıdıcı rəftarının şahidi oluruq. Elə buna görə də, hesab edirik ki, İran, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə qarşı çıxmasının məsuliyyətini bilməli, bunun sonrakı fəsad və nəticələrinə dözməlidir”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar