SON XƏBƏRLƏR

AFİNADA AVROPANIN AZƏRBAYCAN TƏLƏBƏLƏRİNİN FORUMU ÖZ İŞİNƏ BAŞLAMIŞDIR

2021.10.20, 07:36
AFİNADA AVROPANIN AZƏRBAYCAN TƏLƏBƏLƏRİNİN FORUMU ÖZ İŞİNƏ BAŞLAMIŞDIR

Gunaz.tv
AFİNADA AVROPANIN AZƏRBAYCAN TƏLƏBƏLƏRİNİN FORUMU ÖZ İŞİNƏ BAŞLAMIŞDIR Azərbaycanın Yunansıtandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, iyunun 24-də Afinada Avropanın Azərbaycan Tələbələrinin Forumu (AATF) öz işinə başlamışdır. Səfirliyin Mədəniyyət Mərkəzində keçirilən tədbir iyunun 28-dək davam edəcəkdir. Forumun keçirilməsinin məqsədi Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin lobbiçilik və təbliğat sahələrində, ölkəmiz haqqında düzgün məlumatların çatdırılmasında, xalqımızın mədəni və tarixi irsinin daha dərindən öyrənilməsində və s. məsələlərdə iştirakının fəallaşdırılmasına dair fikir mübadiləsi aparmaqdır. Forumun açılışında çıxış edən Azərbaycanın Yunanıstandakı səfiri Mirhəmzə Əfəndiyev dünyada sürətlə cərəyan edən inteqrasiya prosesləri dövründə tələbələri cəmiyyətin ən fəal təbəqələrindən biri kimi səciyyələndirmişdir. O, AATF-in Avropada təhsil alan azərbaycanlı tələbələrin mütəşəkkilliyi və həmrəyliyində son dərəcə mühüm rol oynadığını qeyd edərək, hər bir azərbaycanlı tələbəni ölkəmizi xaricdə ləyaqətlə təmsil etməyə, Azərbaycanın nailiyyətlərini və xalqımızın tarixi, mədəni irsinin təbliğində fəal iştiraka çağırmışdır. Forum iştirakçıları Yunanıstan parlamentinin binasını ziyarət etmiş, Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Konstantinos Çiarasla görüşmüşlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar