SON XƏBƏRLƏR

AKP müdafiə sənədini Konstitusiya Məhkəməsinə təqdim edib

2021.10.20, 07:36
AKP müdafiə sənədini Konstitusiya Məhkəməsinə təqdim edib

Gunaz.tv
AKP müdafiə sənədini Konstitusiya Məhkəməsinə təqdim edib 20080617100330_1.jpg Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) siyasi faliyyətinin dayandırılması üçün qaldırılan iddiaya qarşı hazırladığı 400 səhifəlik müdafiə mətni Konstitusiya Məhkəməsinə təqdim olunub. Müdafiəni AKP-nin sədr müavini Denqir Mir Mehmet Fırat, Bekir Bozdağ və Sadullah Ergin təqdim edib. Konstitusiya Məhkəməsinə təqdim olunan zərfin 92 səhifəsi əsas müdafiə, 155 səhifəsi baş nazir Rəcəb Tayyib Ərdoğan barədəki iddialara cavab, qalan səhifələr isə siyasi qadağa qoyulması tələb olunan 70 partiya üzvünün müdafiəsi və onlar barədə məlumatlardan ibarətdir. AKP yaxın günlərdə müdafiə mətni barədə ictimaiyyətə ətraflı məlumat verəcək. Xatırladaq ki, Türkiyənin baş prokuroru Əbdurrəhman Yalçınkaya hakim Ədalət və İnkişaf Partiyasının siyasi faliyyətinin dayandırılması və baş nazir R.T.Ərdoğan da daxil olmaqla 70 partiya üzvünə siyasi qadağa qoyulması üçün iddia qaldırmışdı. ANS PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar