Talış kəndinə gedən yol təmir olunur

09.10.2021, 10:28

Prezident İlham Əliyevin oktyabrın 3-də Tərtər rayonunda Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ərazidə genişmiqyaslı tikinti işlərinə start verib.

Gunaz.tv Quote | Gunaz article

Yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlət başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biridir.

4 yaşayış məntəqəsini birləşdirən yolun ümumi uzunluğu 22 kilometr təşkil edəcək.

Dövlət başçısının tapşırığına əsasən, Qarabağın inkişaf planı nəzərə alınmaqla avtomobil yolunun 19 km-lik hissəsi II, 3 km-lik hissəsi isə IV texniki dərəcəyə uyğun inşa edilir. Müvafiq olaraq yolun layihə üzrə hərəkət hissəsinin eni 19 km-lik hissədə 9 metr, 3 km-lik hissədə isə 6 metr, torpaq yatağının eni 13 və 10 metr, çiyin hissələrin eni isə 2x2 metr təşkil edəcək.

Hazırda yolboyu genişmiqyaslı tikinti işləri aparılır. Yolun ilk 1.8 km-lik hissəsində artıq asfaltlanma işləri icra olunub. Yolun Talış-Tapqaraqoyunlu hissəsində isə layihəyə uyğun olaraq torpaq yatağı tikintisi icra olunur. Bunun üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əks-dolğu işləri aparılmaqla kipləşdirilir. 

Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılır, yol yatağı genişləndirilir.

Daha sonra layihəyə uyğun olaraq torpaq yatağı hazır olan hissələrdə yol əsasının inşasına start veriləcək, ardınca isə yeni asfalt-beton örtüyü döşənəcək.

Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud borular yeniləri ilə əvəz olunacaq, zəruri yerlərdə yeniləri inşa ediləcək. Bundan başqa layihə çərçivəsində yolun Tapqaraqoyunlu hissəsində İncəçay üzərində yeni avtomobil körpüsünün tikintisi də icra olunacaq.

Bütün işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən altında aparılır. Görülən işlərə paralel olaraq, tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədi ilə yolun minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri də aparılır.

Tərtərin Talış kəndindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndini keçməklə Naftalan şəhərinə doğru yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişini təmin etməklə bərabər bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək.

Bu yolun istifadəyə verilməsi nəticəsində Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq. (modern.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Amerikalı sərmayədarlar azad olunan ərazilərin bərpasında iştirak edəcək

2021-12-08

gun az article

Ekspert: "Ermənistan Azərbaycanla atəşkəs razılaşmasının pozulmasına son qoymalıdır"

2021-12-08

gun az article

Hindistan Baş Qərargah rəisinin olduğu helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb

2021-12-08

gun az article

İsrailli hüquqşünas: "Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində qalib gəldi"

2021-12-08

gun az article

İran Mahşəhr şəhərində “terrorçu qruplaşma”nı zərərsizləşdiyini iddia edir

2021-12-08

gun az article

Hüseyn Salami: “Ölkədə istehsal etdiyimiz pilotsuz uçuş aparatları istənilən yerdə əməliyyat keçirə, eniş edə bilərlər”

2021-12-08

gun az article

İbrahim Rəisi: “Məsul qurumlar valyuta bazarına müdaxilə edən amillərin kimliyini müəyyənləşdirməlidir”

2021-12-08

gun az article

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki vəziyyəti və "3+3" formatını müzakirə ediblər

2021-12-08

gun az article

İranda “Twitter” hesabında hakimiyyəti tənqid edən siyasi fəal həbs edilib

2021-12-08

gun az article

Almaniyada yeni kansler seçilib

2021-12-08

gun az article

Amerika İran gəmilərinin qanunsuz olaraq daşıdığı neft və silahları müsadirə edib - FOTO

2021-12-08

gun az article

“Hərbi Qənimətlər Parkı” erməni xalqına nifrət yaratmaq üçün deyil – XİN

2021-12-08

gun az article

Bayden: “Amerika qüvvələrinin Səudiyyə Ərəbistanında olması İranın düşmənçilik hərəkətlərinin qarşısını almaq üçündür”

2021-12-08

gun az article

"Qələbəmiz Azərbaycan dilinin Cənubi Qafqazda nüfuzunu artırır"-Millət vəkili

2021-12-08

gun az article

Ombudsman: "Beynəlxalq məhkəmənin qərarı regionda sülhün təmin edilməsi baxımından əhəmiyyətlidir"

2021-12-08

gun az article

Nazir müavini: "Azərbaycan gələn il Ermənistana qarşı yeni iddialar qaldıracaq"

2021-12-08

gun az article

Ağ Ev: “Bayden və Putin İran barədə konstruktiv danışıqlar aparıblar”

2021-12-08

gun az article

ABŞ, Rusiya və Fransa Azərbaycanla Ermənistana çağırış etdi

2021-12-08

gun az article

ABŞ İranın xüsusi polis bölmələrinə və SEPAH komandirlərinə sanksiya tətbiq edib

2021-12-08

gun az article

Ermənistanda etnik zəmində zorakı çağırışlarla bağlı Beynəlxalq Ədalət Məhkəməsi qərar verib

2021-12-08