SON XƏBƏRLƏR

Ağalı sakinləri Zəngilana qayıdır

2022.07.15, 05:49
Ağalı sakinləri Zəngilana qayıdır

Gunaz.tv

O qeyd edib ki, əhalinin ilk qrupunun Ağalıya köçürülməsi iyulun 19-u həyata keçiriləcək: 

"Köçürmə prosesini 4 mərhələdə həyata keçirəcəyik. Sakinlərin ilk qrupu iyulun 19-u Ağalıya aparılacaq. Birinci mərhələdə 40-dan çox ailənin Ağalıya köçürülməsi planlaşdırılıb. Onların yaş kateqoriyasına gəlincə, orta yaşlı sakinlər üstünlük təşkil edir". 
İbrahim Mirzəyev onu da bildirib ki, sakinlərin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən təmin ediləcək. 

Qeyd edək ki, Azərbaycanda ilk dəfə “ağıllı kənd” layihəsi azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində icra olunur.

Layihənin birinci mərhələsi üzrə açılış mərasimi Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 28 May – Azərbaycanın Müstəqillik Günündə keçirilib.

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar