SON XƏBƏRLƏR

Alim Qasımov: “Yaponların muğama qulaq asıb ağlayacağını gözləmirdim”

2021.10.20, 07:36
Alim Qasımov: “Yaponların muğama qulaq asıb ağlayacağını gözləmirdim”

Gunaz.tv
Alim Qasımov: “Yaponların muğama qulaq asıb ağlayacağını gözləmirdim” alimqasimovyaponiyaseferi.jpg Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycanın xalq artisti Alim Qasımov qızı Fərqanə Qasımova ilə birgə iyulun 13-21-də Yaponiyanın Osaka və Tokio şəhərlərində konsert proqramı ilə çıxış edib. Xalq artisti APA-ya bu konsertin yaradıcılığında yeni bir mərhələ olduğunu bildirib: “Minillik mədəniyyəti olan Uzaq Şərqdə Azərbaycan muğamlarının necə qarşılanacağı özüm üçün də maraqlı idi. Açığı, alqışlar gözləyirdim, amma yaponların ağlaması heç ağlıma gəlməzdi. Onlar öz hisslərini büruzə verməyi xoşlamayan xalqdır, heç yaslarında da ağlamırlar, amma bizim xalq mahnılarımızı, muğamları heyrətlə, göz yaşları ilə qarşıladılar”. Gündoğan ölkədə səhnənin və akustikanın fərqliliyi isə xanəndəni heyrətləndirib: “Səhnədə özümü doğma bir aurada, çox rahat hiss etdim. Texniki tərtibat yüksək səviyyədə idi, ilk avazdan elə bil səsim də açıldı. Musiqimizin Avropada, ABŞ-da təsirini görmüşdüm, amma Yaponiya konserti sanki bir möcüzə idi. Konsertdən sonra yaxınlaşıb tara, kamançaya qiymətli bir əşya kimi baxırdılar”. A. Qasımov bu konsertin biletlərinin 2-3 ay əvvəl satıldığını söyləyib: “Qiymətlər də çox baha olub, amma hamısı satılıb. Azərbaycanın Yaponiyadakı səfiri üçün yalnız bir bilet əldə etmək mümkün olub, onun ailəsi də heç konsertdə iştirak edə bilməyib”. Onu da qeyd edək ki, xanəndənin gələn il Yaponiyada böyük konsert proqramı nəzərdə tutulub. alimyaponiya2.jpg alimyaponiya6.jpg apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar