Salman Rüşdiyə qarşı terror böyük əks-səda doğurdu: Dünya liderləri İranın əməlini pislədi

13.08.2022, 10:00

Yazıçıya hücum dünyada geniş əks-səda doğurub və bir çox tanınmış yazıçı, ziyalı və siyasətçilər ona qarşı hücumu pisləyiblər.

Gunaz.tv Quote | Gunaz article

"Salman Rüşdi 33 ildir ki, qaranlıq düşüncəyə qarşı mübarizənin nümayəndəsi kimi çıxış edib, indi də nifrət yayan və barbar qüvvələrin hücumunun qurbanı olub.

Onun mübarizəsi ümumdünya mübarizəsidir və hamımıza məxsusdur. Biz indi həmişəkindən daha çox onun yanındayıq"-deyə, Fransa Prezidenti Emmanuel Makron bildirib.

Britaniyanın baş naziri Boris Conson da Rüşdiyə qarşı hücumu pisləyib və ona qarşı terrordan dəhşətə gəldiyini söyləyib.

“İran liderləri on illərdir ki, Salman Rüşdini öldürmək istəyirdilər. Biz bilirik ki, onlar Amerika rəsmilərinə də sui-qəsd etməyə çalışırlar.

Co Bayden bu terrorçu rejimlə nüvə danışıqlarını canlandırmaq üçün müzakirələri ən qısa zamanda dayandırmalıdır"-deyə, respublikaçı senator Tom Kotton İrana qarşı sərt tədbirlərin görülməsini istəyib.

Başqa bir respublikaçı senator Mark Robio da həmkarının düşüncələri ilə razılaşıb və İranın Salman Rüşdini öldürənə mükafat təyin etdiyini xatırladıb.

O, deyib ki, hamının bu işin arxasında İranın olduğunu bildiyi halda bu ölkə ilə nüvə danışıqlarını davam etdirməyin mənası yoxdur.

Beynəlxalq reaksiyanın genişlənməsindən və İrana qarşı mənfi münasibətin daha da şiddətlənməsindən vahiməyə düşən İranın nüvə danışıqlarındakı heyətinin müşaviri Məhəmməd Mərəndi məsələni başqa cür izah etməyə çalışıb.

"Nüvə danışıqlarının bərpası ərəfəsində olduğunuz bir vaxtda Con Boltona qarşı sui-qəsd planı barədə açıqlamalar və sonrada belə bir hadisənin baş verməsi təsadüfdürmü"-deyə, Mərəndi bildirib.

Beynəlxalq səviyyədə terrorun pislənməsinə baxmayaraq, SEPAH-ın "Qüds" qüvvələrinin komandanı İsmail Qaani Rüşdiyə qarşı sui-qəsddən məmnunluğunu bildirib və başqa Amerika rəsmilərinin də buna məruz qalacaqlarına eyham vurub.

İran rəhbəri Əli Xameneyinin ofisinin orqanı sayılan "Keyhan" qəzeti və onun baş redaktoru Hüseyn Şəriətmədari kinayəli ifadə ilə Salman Rüşdiyə sui-qəsd edəni alqışlayıb.

Bununla yanaşı İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı media orqanları və sosial şəbəkələr terrora görə məmnunluqlarını bildirən paylaşımlar etməkdə davam edirlər.

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə saxlanılanlardan 40 nəfərinin kimliyi bəlli olub

2022-09-27

gun az article

ETTELAAT Urmuda milli fəalın evinə basqın edib

2022-09-27

gun az article

Təbriz Universitetində aksiya: Stomatologiya fakültəsinin öyrənciləri dərsləri boykot etdi

2022-09-27

gun az article

“Parlaq gələcək”də müzakirə: “Etirazların dəyərləndirilməsi” və “Hədis Nəcəfi”-VİDEO

2022-09-27

gun az article

Azərbaycanın "Şəhid Mədəni" Universitetinin öyrənciləri tətilə başlayıb

2022-09-27

gun az article

İran hökuməti etirazçılara qarşı məhkumlardan istifadə edir

2022-09-27

gun az article

Məlikanda həbs edilən fəallar aclığa başlayıb

2022-09-27

gun az article

Ərdəbildə saxlanılan milli fəallardan xəbər yoxdur

2022-09-27

gun az article

Təbrizdə yazılı vərəqələr yayılıb

2022-09-27

gun az article

ETTELAAT Əhərdə milli fəal Saleh Molla Abbasinin evinə basqın edib

2022-09-27

gun az article

Təbrizdə etiraz aksiyası başlayıb- Güllə və partlayış səsləri eşidilir-VİDEO

2022-09-26

gun az article

Təbriz Universitetində aksiya keçirilib-VİDEO

2022-09-26

gun az article

İran millisinin rəsmi səhifəsi türk futbolçunu izləməyi dayandırıb

2022-09-26

gun az article

"Əxlaq polisi cəmiyyəti hicablı etmədi, əksinə onu iffətsiz və əqidəsiz etdi"-Millət vəkili

2022-09-26

gun az article

Güney Azərbaycan şəhərlərində etiraz aksiyalarına çağırış edilib

2022-09-26

gun az article

Rəisi Təbrizdə etirazlara qatılanları iğtişaşçı və təxribatçı adlandırıb

2022-09-26

gun az article

Bacısı etirazlarda qətlə yetirilmiş Cavad Heydərinin məzarı başında saçlarını kəsdi-VİDEO

2022-09-26

gun az article

Futbol üzrə İran millisinin üzvü Sərdar Azmun etirazlara dəstək verdi

2022-09-26

gun az article

“Azadlıq səsi”: “Güney Azərbaycan və İranda baş verən olaylar” - VİDEO

2022-09-26

gun az article

İran parlamentinin saytı hakerlər tərəfindən dağıdıldı

2022-09-26