SON XƏBƏRLƏR

Amerika Dövlət Departamenti Türkiyənin Suriyadakı hərbi əməliyyat planlarından narahatdır

2021.10.20, 07:36
Amerika Dövlət Departamenti Türkiyənin Suriyadakı hərbi əməliyyat planlarından narahatdır

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti, Türkiyə ordusunun Suriya ərazisində hərbi əməliyyat keçirmək planlarından narahatdır.

 

"Report" TASS-a istindən xəbər veriri ki, bu barədə Departamentin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib.

"Suriyanın şimal-şərqində belə birtərəfli hərbi hərəkətlər ciddi narahatlığa səbəb olur, xüsusilə ABŞ hərbi qulluqçularının yaxınlıqda ola biləcəyi zaman... Biz bu cür addımları qəbuledilməz hesab edirik və Türkiyəni bizimlə birgə yanaşma üzərində işləməyə çağırırıq", - M.Ortaqus qeyd eytdi.

 

Dövlət Departamentinin nümayəndəsi əlavə etdi ki, ABŞ hakimiyyəti "təhlükəsizlik zonası barədəTürkiyə ilə intensiv müzakirələri davam etdirir".

 

Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, rəsmi Ankara tezliklə Suriya ərazisində terrorçulara qarşı hərbi əməliyyat keçirmək niyyətindədir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar