SON XƏBƏRLƏR

Amerika, Fransa və Böyük Britaniya Suriyada hərbi əməliyyat keçirib - VİDEO

2021.10.20, 07:36
Amerika, Fransa və Böyük Britaniya Suriyada hərbi əməliyyat keçirib - VİDEO

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ), Fransa və Böyük Britaniyanın silahlı qüvvələri Suriya ərazisinə "hava-yer" tipli 100-dən çox raket buraxıblar.

 

Bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxış edərək bəyan edib.

 

Onun sözlərinə görə, hava zərbələri Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə və Bəşər Əsədin potensial kimyəvi silahları ilə əlaqəli obyektlərə yüksək dəqiqlikli zərbələr endirilib. Hərbi əməliyyat Böyük Britaniya və Fransa Silahlı Qüvvələri ilə birgə həyata keçirilib”, deyə D.Tramp qeyd edib.

 

ABŞ prezidenti həmçinin bildirib ki, ABŞ Rusiyaya və İranla münasibətlərin normallaşdırılmasına ümid edir. "Lakin bu baş tutmaya da bilər”, deyə D.Tramp əlavə edib.

 

Bununla belə, ABŞ prezidenti ölkəsinin Suriyada uzunmüddətli hərbi iştirakını istisna edib: "Hər hansı vəziyyətdən asılı olmayaraq hərbçilərimizin Suriyada qalmağına çalışmırıq”.

 

Raket zərbələrinin ABŞ-ın dəniz və hava qüvvələri, Fransa və Britaniynın isə əsasən hava qüvvələri tərəfindən endirildiyi bildirilir.

 

Suriyanın Hava Hücumundan Müdafiə qüvvələri Dəməşqə buraxılmış raketlərin bir hissəsini hədəflərə çatmamış vurub.

 

Qərb ölkələri Dəməşqi əsasən "Tomahavk" raketləri ilə vurublar. Dəməşqə hücum 50 dəqiqə davam edib.

 

Britaniya Müdafiə Nazirliyinin az öncə yaydığı bəyanata görə, Suriyada hədəfə aldıqları bir çox obyektlər vurulub. Onların arasında ən önəmliləri Dəməşqdəki elmi-tədqiqat mərkəzi, Respublika Qvardiyasının bazası, şəhərin şimalındakı Cəmrayadakı tədqiqat mərkəzi, Hamadakı Masyaf şəhərində yerləşən hərbi anbar, Homsdakı elmi mərkəz və Suriya Hava Hücümundan Müdafiə Qüvvələrinin bazasıdır.

 

Suriyanın ilk "birgə bombardman"ında Britaniya Hərbi-Hava Qüvvələrinin "Tornado GR4" tipli 4 qırıcı-bombardmançı təyyarəsi iştirak edib. Onlar zərbələr üçün "Storm Shadow" qanadlı raketlərindən istifadə ediblər.

 

https://www.youtube.com/watch?time_continue=9&v=Qw51kzXaioc


 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar