SON XƏBƏRLƏR

Amerika İranın nüvə sanksiyalarında nəzərdə tutulmuş bəzi güzəştləri yenidən uzadıb

2021.10.20, 07:36
Amerika İranın nüvə sanksiyalarında nəzərdə tutulmuş bəzi güzəştləri yenidən uzadıb

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları İranın nüvə proqramına qarşı tətbiq edilmiş sanksiyalarda tanıdığı bəzi güzəştləri yenidən 60 gün müddətinə uzadıb.

 

Bu barədə "Twitter"də məlumat yayan ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus bildirib ki, prezident Donald Trampın qərarı ilə İranla dinc nüvə proqramı çərçivəsində əməkdaşlıq edən xarici şirkətlərə tanınmış güzəşt müddəti 60 gün müddətinə uzadılıb.

 

Xanım Ortaqus əlavə edib ki, rəsmi Vaşinqton Tehranın nüvə fəaliyyətlərini yaxından təqib edir və bu ölkəyə atom bombası əldə etməyə heç vaxt icazə verməyəcək.

 

ABŞ sözügedən sahədə güzəşt müddətini bundan öncə də dəfələrlə 90 gün müddətinə uzadıb.

 

Bu güzəştlər İrana 2015-ci ildə imzalanmış nüvə razılaşması tərəfləri olan ölkələrlə Fordo, Ərak və Buşehr nüvə zavodlarında əməkdaşlıq etməyə imkan verir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar