SON XƏBƏRLƏR

Amerika Yaxın Şərqə 10 min nəfərdən ibarət yeni qüvvələr göndərməyə hazırlaşır- İran təhdidlərinə qarşı

2021.10.20, 07:36
Amerika Yaxın Şərqə 10 min nəfərdən ibarət yeni qüvvələr göndərməyə hazırlaşır- İran təhdidlərinə qarşı

Gunaz.tv

GünAz TV: Rəsmi Vaşinqtonla Tehran arasında gərginliklərin kəskinləşməsi fonunda Pentaqon rəsmiləri “Associated Press” və “Reuters” agenliklərinə Amerikanın Yaxın Şərqə minlərlə hərbçidən ibarət yeni müdafiə qüvvələrinin göndərilməsi ilə bağlı planlarının olduğunu deyiblər.

 

“Associated Press” agentliyinin Pentaqon rəsmilərinə istinadən yaydığı məlumata görə, qurum yaxın günlərdə Ağ Evə Yaxın Şərqə 10 min nəfərdən ibarət qüvvələrin göndərilməsi ilə bağlı planı təqdim edəcək.

 

Adlarının açıqlanmasını istəməyən rəsmilər bildiriblər ki, hələ ki, məsələ dəqiq deyil və Ağ Evin bu sayda hərbçinin və ya onların yarısının Yaxın Şərqə ezam edilməsinə razılıq verib-verməyəcəyi məlum deyil.

 

Onlar əlavə ediblər ki, bu addım İran tərəfindən yeni təhdidlərin yarandığı anlamına gəlmir. Yeni əlavə müdafiə qoşununun Yaxın Şərqə göndərilməsi regionda sabitlik və təhlükəsizliyin qorunması məqsədini daşıyır.

 

Patriot zenit-raket kompleksi və döyüş gəmiləri ilə təchiz ediləcək yeni qüvvələrin vəzifəsi İranı nəzarət altında saxlamaq olacaq.

 

“Reuters” agentliyi isə adlarının açıqlanmasını istəməyən iki amerikalı rəsmiyə istinadən Vaşinqtonun Yaxın Şərqə 5 min nəfərdən ibarət əlavə qüvvələr ezam etmək planı üzərində işlədiyini yazıb.

 

“Əlavə qüvvələr ezam edilməsi ilə bağlı müraciət Amerika ordusunun Mərkəzi Komandanlığı tərəfindən Vaşinqtona ünvanlanıb. Lakin Pentaqonun bu müraciətə müsbət cavab verib-vermədiyi məlum deyil”- deyə rəsmilər agentliyə deyiblər.

 

Onlar da Mərkəzi Komandanlığın istədiyi yeni qüvvələrin müdafiə xarakterli olduğunu bildiriblər.

 

Xatırladaq ki, iki həftə əvvəl amerikalı rəsmilər İranın yeni təhdidləri ilə bağlı əldə etdikləri etibarlı informasiyalara görə, regiona yeni qüvvələrin göndəriləcəyini demişdilər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar