SON XƏBƏRLƏR

Amerikalı Qazı Vilyam Daqlasın “21 Azər”lə bağlı tükürpərdici qeydləri

2021.10.20, 07:36
Amerikalı Qazı Vilyam Daqlasın “21 Azər”lə bağlı tükürpərdici qeydləri

Gunaz.tv

GünAzTv: Amerikalı ali rütbəli Qazı Vilyam Daqlas 1946-ci il (H.Şəmsi tarixi ilə 1325-ci il) Güney Azərbaycanda baş verən “21 Azər”  facilələri ilə bağlı tükürpərdici məqamlara toxunub.

 

21 Azərin növbəti ildönümünü yaşadığımız günlərdə Daqlasın “Azərbaycan Mehriban Millətli əcib yurd” kitabında qeyd etdiyi bir neçə məqamı xatırladırıq.

 

Daqlas belə yazır:

“"21 Azər" Azərbaycan üçün həm sevinc həmdə kədər günüdür. Onlar o gün Milli Hökumətlərini qurmuşlar, eyni zamanda o gün Milli Hökumətləri yıxılıb və böyük cinayət və soyqırıma məruz qalıblar.

 

İran ordusu böyük cinayətlərə əl vurdu. Əkinçilərin saqqallarını yandırıb, qadın və qızlara təcavüz edib, evləri dağıdıb və mal-heyvanları oğurladılar.

 

Zindanlar günahsız Azərbaycanlılarla doldu. Hər yeri dar və edam ağacları bürümüşdü.əkinçilər təhqir edilirdi.

Yaşlı bir əkinçi bizə dedi ki, “Mal və namusumuzu ayaqladılar. Bu acı faciələr azərbaycanlıların xatirəsindən silinməyəcək.”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar