SON XƏBƏRLƏR

Amerikanın Riyaddakı səfiri: “İran regionda müharibələri alovlandırır”

2021.10.20, 07:36
Amerikanın Riyaddakı səfiri: “İran regionda müharibələri alovlandırır”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Riyaddakı səfiri Con Abizeyd iyulun 10-da Əl-Arabiyya telekanalına müsahibə verib.

 

Səfir bildirib ki, İran regionda maliyyələşdirdiyi təmsilçi qruplaşmaların vasitəsilə müxtəlif ölkələrdə müharibə yaradır və “Sepah” terror təşkilatı da yaranmış qarışıqlıq vasitəsilə həmin ölkələri talayaraq, böyük sərvət əldə edir.

 

O əlavə edib ki, İran hər zaman Hizbullah terror təşkilatı, İraqda özünə bağlı şiə yaraqlıları, Yəməndə husilər və bu kimi digər təşkilatların üzvlərindən istifadə etməklə, regionda münaqişə ocaqları yaradır və dövlətləri zəiflədir.

 

“Bizim problemimiz İran xalqı ilə deyil, terrorizmi digər ölkələrə yayan bu cür rejimlərlədir. Bizim problemimiz daha gözəl gələcək qurmağa və millətlər arasında dinc yolla müqavilələr bağlamağa əngəl olan rejimlərlədir”- deyə səfir əlavə edib.

 

Con Abizeyd həmçinin vurğulayıb ki, ölkəsi İranla yeni müqavilə imzalamaq üçün imkan yaratmağa hazırdır. Lakin İran rejimi ilk növbədə terrorizmə xərclədiyi pulu kəsməli, onu öz ölkəsinin gələcəyi üçün sərf etməlidir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar