SON XƏBƏRLƏR

Xamneyi Cənubi Koreyadan məişət texnikasının idxalına qadağa qoydu

2021.10.20, 07:36
Xamneyi Cənubi Koreyadan məişət texnikasının idxalına qadağa qoydu

Gunaz.tv

Bu barədə İranın xəbər agentlikləri xəbər yayıb. Məlumata görə, Cənubi Koredan ev ləvazimatları və məişət texnikasının idxalına qadağa qoyulması İran İslam Respublikasının lideri Əli Xamneyinin göstərişi ilə həyata keçirilib.


Bildirilir ki, Əli Xamneyi İran prezidenti İbrahim Rəisiyə yazdığı məktubda qadağanın səbəbini açıqlayıb.

“Bu məhsulların idxalı daxili istehsalçıların belini qırır, elə buna görə də buna son qoyulmalıdır”, -deyə, Əli Xamneyi yazıb.


Yayılan məlumata əsasən, Xamneyi Cənubi Koreyadan ev ləvazimatları və məişət texnikasının idxalına qadağa qoysa da, Cənubi Koreyanın iki tanınmış şirkəti olan “LG” və “Samsung” şirkətləri 2018-ci ildə Amerikanın İrana qarşı sanksiyalar tətbiq etməsindən sonra Tehranla ticari əlaqələrini dayandırıblar. 


Bildirilir ki, həmin vaxtdan başlayaraq, Cənubi Koreya istehsalı olan ev ləvazimatları və məişət texnikasının ölkəyə idxalı qanunsuz olaraq, yalnız qaçaqmalçılar tərəfindən gerçəkləşdirilib.  


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar