İran həbsxanasında saxlanılan yazıçının məktubu yayıldı: "Məni öldürmək istəyirlər"

01.02.2022, 14:36

Bu günlərdə Tehranın “Evin” zindanından Simnan həbsxanasına köçürülən tanınmış yazıçı və siyasi fəal Keyvan Səmiminin məktubu yayılıb.

Gunaz.tv Quote | Gunaz article

Özünə qarşı psixi təzyiqlərin gücləndiyini vurğulayan 73 yaşlı yazıçı bildirib ki, onu öldürməyə cəhd göstərirlər.

O, məktubunda həbsxanada saxlanma şəraitinin ağır olduğunu bildirib. Yazarın sözlərinə görə, bölmələrdə saxlanılan məhbusların sayı zindanın tutumundan 3 dəfə çoxdur.

 Keyvan Səmimi məhkumların minimum təmizlik şəraitindən və gigiyena imkanlarından məhrum olduqlarını bildirib.

Qeyd edək ki, Keyvan Səmimi 2019-cu ilin may ayının 1-də Beynəlxalq İşçi Günü münasibətilə İran parlamentinin qarşısında keçirilən aksiyaya qatıldığına görə saxlanılıb.

O, “ölkənin təhlükəsizliyinə qarşı əlbir olmaq və qanunsuz toplaşmaq”da ittiham olunub.

Bir neçə gün öncə İran Yazıçılar Birliyi də onunla bağlı bəyanat yayıb.
Bəyanatda Yazıçılar Birliyinin digər üzvü və siyasi məhbus Bəktaş Abtinin ölümündən sonra Keyvan Səmiminin yazdığı məktuba görə deportasiya edildiyi bildirilib.

Birlik Abtinin ölümünü hökumətin yazıçıya qarşı məqsədli su-i qəsdi olduğunu qeyd edib. 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social