SON XƏBƏRLƏR

Hüquq müdafiəçisi Nərgiz Məhəmmədi barədə qərar elan olundu: 8 il 2 ay həbs, 70 şallaq cəzası

2022.02.21, 06:26
Hüquq müdafiəçisi Nərgiz Məhəmmədi barədə qərar elan olundu: 8 il 2 ay həbs, 70 şallaq cəzası

Gunaz.tv

Bu barədə Nərgiz Məhəmmədinin həyat yoldaşı Tağı Rəhmani özünün sosial media hesabında etdiyi paylaşımda bildirib.

Onun yazdığına görə, xanım Məhəmmədi barəsində 8 il 2 ay həbs, 70 şallaq cəzası çıxarılıb. Bundan başqa ona ictimai fəaliyyətlə məşğul olma qadağası qoyulub. Bu barədə rəsmi bildiriş zindanda ona elan olunub.

Nərgiz Məhəmmədi daha əvvəl nəfəs çatışmazlığı səbəbindən Vəramin şəhərindəkii Qərçək zindanından xəstəxanaya aparılmışdı.

Tağı Rəhmaninin sözlərinə görə, onun həyat yoldaşı fevralın 19-da ürək damarlarından birinin tıxanmasına baxmayaraq müalicə olunmadan xəstəxanadan zindana qaytarılıb.

“Qərçək zindanı işgəncə yeridir. Nərgizin oraya qaytarılması ondan qısas almaq məqsədi daşıyır”-deyə, Tağı Rəhmani paylaşımında yazıb.

Qeyd edək ki, zənganlı jurnalist və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi yanvarın 15-də Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsinin çıxardığı qərara görə 8 il həbsə və 70 şallaq zərbəsinə məhkum edilib. 

Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan və iki uşaq anası olan Nərgiz Məhəmmədi bundan əvvəl insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı dinc fəaliyyətlərinə görə dəfələrlə həbsə salınıb.

Rejim məmurları tərəfindən mütəmadi olaraq, təhdid edilərək təzyiqlərə məruz qalıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar