SON XƏBƏRLƏR

Antalyada erməni turistlərin avtobusu yandı

2021.10.20, 07:36
Antalyada erməni turistlərin avtobusu yandı

Gunaz.tv
Antalyada erməni turistlərin avtobusu yandı avtobus-yandi-1.jpg Türkiyədə içində erməni turistlərin olduğu avtobus yanıb. Lent.az-ın Ermənistan İctimai Televiziyasına istinadən verdiyi məlumata görə, Ermənistandan Antalyaya turist aparan avtobusda 33 nəfər olub. İlkin məlumata görə, avtobusdakı qəzaya mühərrikdə yanğın başlaması səbəb olub. Alov qısa müddət ərzində salona yayılıb. Lakin sürücülər və hadisə yerinə çatan yanğınsöndürənlər alovu söndürməyə müvəffəq olublar. Buna baxmayaraq, erməni turistləri Antalyaya səfəri başqa avtobusda davam etdiriblər. Yanan avtobusun erməniləri daşıdığı nəzərə alınaraq faktla bağlı araşdırma aparılır. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar