SON XƏBƏRLƏR

Apelyasiya Məhkəməsi 3 azərbaycanlı fəal barəsində çıxarılan məhkəmə hökmünü olduğu kimi qüvvədə saxlayıb

2021.10.20, 07:36
Apelyasiya Məhkəməsi 3 azərbaycanlı fəal barəsində çıxarılan məhkəmə hökmünü olduğu kimi qüvvədə saxlayıb

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan Apelyasiya Məhkəməsi milli-mədəni fəallar Milad Əkbəri, Murtaza Pərvin və Əkbər Cahangiri barəsində çıxarılan məhkəmə hökmünü təsdiqləyib.

 

Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 26-cı Şöbəsi fəalların özünümüdafiə mətnini nəzərdən keçirdikdən sonra onu qanedici qəbul etməyib və iyunun 7-də çıxardığı qərarda məhkəmə hökmünü olduğu kimi qüvvədə saxlayıb.

 

Kəleybər Məhkəməsi M.Əkbəri, M.Pərvin və Ə.Cahangirini “Babək qalası” mərasimində iştirak etdiklərinə görə, qanunsuz yığıncaqda iştirak edərək qeyri-ənənəvi şüarlar səsləndirməklə ümumi asayişi pozmaqda günahlandırmışdır. Məhkəmə həmin ittihama əsasən çıxardığı hökmdə fəalları 4 ay həbs və 40 şallaq zərbəsini əvəz edən nağd cərimə ödəməyə məhkum edib. Yuxarıda qeyd etdiyimiz kimi, həmin hökm Apelyasiya Məhkəməsi tərəfindən olduğu kimi qüvvədə saxlanılıb.

 

Fəallar məhkəmə prosesi zamanı müdafiə mətnlərini türk dilində yazıblar. Aprelin 4-də Azərbaycan türkcəsində məhkəməyə təqdim olunan müdafiə mətnləri hakim tərəfindən “anlaşılmaz və naməlum müdafiə” adlandırılıb.

 

2017-ci il iyunun 30-da Azərbaycanın tarixi və milli qəhrəmanı Babək Xürrəmdinin ənənəvi ad günü mərasimi üçün Babək qalasına (Bəzz qalası) yürüş edən çox sayda milli-mədəni fəal, rejimin Azərbaycan əleyhinə həyata keçirdiyi ayrı-seçkilik siyasətinə etiraz etməklə yanaşı azərbaycanlı siyasi məhbuslar, o cümlədən mühəndis Siyamək Mirzayinin  azadlığa buraxılmasını tələb etmişdilər. M.Əkbəri, Ə.Cagangiri və M.Pərvin həmin mərasimdə daha 10 fəalla birlikdə saxlanılaraq zindana aparılıb, sonra müvəqqəti azadlığa buraxılmışdır.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar