SON XƏBƏRLƏR

Marağalı xeyriyyəçilər yeni məktəblərin tikintisinə başlayıb

2021.12.04, 14:29
Marağalı xeyriyyəçilər yeni məktəblərin tikintisinə başlayıb

Gunaz.tv

Bu barədə Marağanın Təhsil İdarəsinin başçısı Hüseyn Əkbəriyan açıqlama verib.

O, bildirib ki, yeni təhsil ocağı iki mərtəbədə, 6 sinif otağından ibarətdir və xeyriyyəçi ailənin vəsaiti hesabına inşa edilir. 

Hüseyn Əkbəriyan yeni günəş ilinin başlanmasından bu günə kimi Marağada 60 sinif otağından ibarət 18 yeni məktəb binasının yerli xeyriyyəçilər tərəfindən inşa edildiyini, hal-hazırda isə 30 sinif otağından ibarət 8 məktəbin tikinti işlərinin aparıldığını qeyd edib. 

Qeyd edək ki, Marağada fəaliyyət göstərən Məktəb Tikintisi Xeyriyyə Cəmiyyəti Assosiyası bu günə kimi 500 sinif otağından ibarət 100 məktəb tikdirib. 

Son illər İran hökuməti bir sıra əyalətlərdə, o cümlədən Güney Azərbaycan əyalətlərində yeni təhsil ocaqlarının tikintisi, köhnə məktəblərin təmiri və bərpası üçün vəsait ayırmır.

Təhsil Nazirliyinin yerli nümayyəndəlikləri nazirliyin təhsil ocaqlarına vəsait ayırmaq gücündə olmadığını deyir, problemin həlli üçün yerli əhalinin ianələri və xeyriyyəçilərin yardımlarının lazim olduğunu bildirirlər.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar