SON XƏBƏRLƏR

İranda bəhailərin 4 obyekti bağlanılıb

2024.05.03, 11:12
İranda bəhailərin 4 obyekti bağlanılıb

Peşə Obyektləri və Ümimi Məkanlara Nəzarət İdarəsinin məmurları bəhai vətəndaşalra məxus 4 peşə obyektini möhürləyiblər.

Gunaz.tv

İnsan haqları üzrə HRANA xəbər portalı plomblanmış obyektlərin İranın Fərrüxşəhr və Şəhrkord şəhərlərində olduğunu bildirib.

Məlumata əsasən  həmin obyektlər bəhailərin bir bayramı münasibəti ilə bağlı olub fəaliyyət göstərmədiklərinə görə Peşə Obyektlərinə Nəzarət İdarəsinin qəzəbinə tuş gələrək plomb vurulub və fəaliyyətlərinə icazə verilməyib. 
عکس از پارکینگ پلمب‌شده در شهر رفسنجان

İranın Rəfsəncan şəhərində bəhai vətəndaşa məxsus obyektin plomblanması, arxiv

Şəhrkord şəhərində olmaqla radiator, avtomobillər üçün eqzoz və akumlyator satışı mağazaları sıra ilə Sina Moqen, Farşad Moqen və Pedram Əhmədiyə və Fərrüxşəhr şəhərində  radiator, avtomobillər üçün eqzoz satışı mağazaları Behnam Məhəmmədəlipura məxsus olub.

Portal həmçinin bildirib ki, 4 obyektdə 7 bəhai və qeyri-bəhai vətəndaş əmək fəaliyyəti ilə məşğul olublar. 

Xatırladaq ki, İranda 300 min bəhai vətəndaşın yaşamasına baxmayaraq hakimiyyət Bəhailik Təriqətini rəsmi tanımır və onları “casus və düşmən” adlandırır. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar