Qaradağda daha 80 hektar meşə sahəsi məhv edilib

10.12.2021, 15:48

Şərqi Azərbaycan əyalətində yerləşən Qaradağ meşələri məhv edilir. Bu barədə tanınmış güneyli ekoloq Əhməd Bayburdi açıqlama verib.

Gunaz.tv Quote | Gunaz article

“Əldə etdiyimiz məlumatlara görə, Süngün mis mədəni ərazisinin genişləndirilməsi və yeni mədən axtarışları üçün Qaradağ meşələrinin daha 80 hektarı dağıdılıb.

Sual yaranır ki, bu icazəni onlara kim verib, nə qədər uzun ömürlü ağaclar kəsilib və istismar əməliyyatına görə ekologiyanın bərpası üçün nəzərdə tutulan 1 faizlik ödəniş həyata keçirilibmi?”-deyə, Ə.Bayburdi sosial mediada etdiyi paylaşımında bildirib. 

Qeyd edək ki, mədən istismarı və axtarışları nəticəsində Qaradağ meşələrinin məhv edilməsi prosesi neçə illərdir ki davam edir. 

Bundan öncə Təbrizin İran parlamentindəki keçmiş nümayəndəsi Şəhabəddin Bimeqdar məsələ ilə bağlı bəyanat verərək bölgə ekologiyasına dəyən ziyana görə Süngün mis mədəni tərəfindən əyalətə ödənilməsi nəzərdə tutulan 74 milyard tümənin Şərqi Azərbaycana verilməyib və dövlət xəzinəsinə köçürüldüyünə etiraz etmişdi.

Qaradağ meşələrinin 164 min hektar sahəsi var, bu sahədən 148 min hektarının qoruma altında olduğu elan olunub.

Buna baxmayaraq vaxtaşırı bölgədə ağacların tək-tək və ya kütləvi şəkildə kəsilməsinə, eləcə də yanğınların baş verməsinə şahid oluruq.

Bu meşələrdə çoxlu heyvan yaşayır və müxtəlif bitki növləri mövcuddur.

2019-cu ildə Azərbaycan İnsan Hüquqları Cəmiyyəti (ƏRK) Qaradağ meşələrində baş verən yanğınla bağlı Birləşmiş Millətlər Təşkilatına (BMT) hesabat təqdim edib.

Raportda yanğınların səbəbləri, meşə sahələrinin yanaraq sıradan çıxması, yanğının vaxtı-vaxtında söndürülməməsi, bölgədə yanğın söndürmək üçün lazımi imkanların olmaması və s. kimi məsələlərə işarə edilib.

 

Açıklama yok.

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01

gun az article

BMT nüvə silahından istifadə riski ilə bağlı həyəcan təbili çalır

2023-04-01

gun az article

Xankəndi-Laçın yolu: ekofəallar 111 gündür dəyişməz tələblərini irəli sürürlər

2023-04-01

gun az article

İranda bəluçlar etiraz aksiyası keçiriblər

2023-04-01

gun az article

Ümumdünya Terrorla Mübarizə Assosiasiyası İranı müzakirə etdi

2023-04-01

gun az article

Agentlikdə “Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı tədbir keçirilib

2023-03-31

gun az article

Suriyada SEPAH zabiti öldürüldü

2023-03-31