SON XƏBƏRLƏR

ARDNŞ-ə məxsus tanker Kulevi limanına yaxınlaşa bilib. Hazırda tankerə neft vurulur

2021.10.20, 07:36
ARDNŞ-ə məxsus tanker Kulevi limanına yaxınlaşa bilib. Hazırda tankerə neft vurulur

Gunaz.tv
ARDNŞ-ə məxsus tanker Kulevi limanına yaxınlaşa bilib. Hazırda tankerə neft vurulur ARDNŞ prezidenti Rövnəq Abdullayevdən aldığımız məlumata əsasən, son dörd gündə ilk dəfədir ki, tanker Kulevi limanına yana ala bilib. Hazırda tankerə neft vurulur. Rusiya hərbi gəmiləri Abxaziyanın Oçamçira limanına daxil olub, abxazlar isə Kodor dərəsi istiqamətində əməliyyata başlayıblar Rusiya Hərbi Dəniz Donanmasının gəmiləri Abxaziyanın Oçamçira limanına daxil olub. Bu barədə Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Alkesandr Lomaya AFR-ə açıqlamasında bildirib. Faktı separatçı Abxaziya rejiminin təmsilçiləri də təsdiqləyiblər. Onlar Rusiya gəmilərinin Gürcüstan gəmilərinin Abxaziya limanlarına daxil olmaq niyyətinin qarşısını aldığını qeyd ediblər. Bu arada Abxaziya Silahlı Qüvvələri Gürcüstan sərhədindəki Qalsk rayonu istiqamətində cəmləşməyə başlayıb. Separatçı qurumun “Müdafiə Nazirliyi”ndən “İnterfaks”a Gürcüstanın Abxaziya ilə sərhəddə təxribatların səngimədiyi, Gürcüstanın bu ərazidə hərbçilərinin sayını artırdığı, müxtəlif istiqamətlərdə atəş açdığı bildirilib: “Buna görə də bu əraziyə əlavə qüvvələr göndərilir”. Separatçı Abxaziyanın “Müdafiə Nazirliyi”ndən o da bildirilib ki, avqustun 10-da səhərdən abxaz hərbçiləri Kodor dərəsinin yuxarı hissəsini güclü atəşə tutmağa başlayıb. Məlumata görə, atəş zamanı aviasiya, “Qrad” və artilleriyadan istifadə olunur. Qeyd edək ki, abxaz separatçıları avqustun 9-da gürcü qüvvələrinin Kodor dərəsinin şərqi hissəsindən sıxışdırılması üçün əməliyyata başladıqlarını elan etmişdilər. Bu gün səhərdən başlayaraq abxaz artilleriyası gürcü mövqelərini atəşə tutmağa başlayıb. Dünən gecə o da məlum olub ki, Abxaziya hakimiyyəti BMT-nin Gürcüstandakı missiyasının rəhbərindən Kodor dərəsindəki müşahidəçilərini geri çağırmağı xahiş edib. Gürcüstan tərəfi isə Rusiya hərbi təyyarələrinin Kodor dərəsinə havadan zərbələr endirdiyi barədə açıqlama verib. Açıqlamada o da bildirilir ki, Rusiya təyyarələri bu gün səhər Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarının cəmləşdiyi Zuqdidi rayonunun Urta kəndini bombalayıb. Bundan başqa, Rusiya təyyarələri paytaxt Tiflisin ətrafındakı obyektlərə də havadan zərbələr endirib. Zərbələrin hərbi aerodroma və “Tbilaviastroy” zavoduna endirildiyi bildirilir. Cənubi Osetiya separatçıları Sxinvalidə öldürülmüş gürcü hərbçiləri arasında qaradərili muzdluların olduğu barədə məlumat yayıb Separatçı Cənubi Osetiya təmsilçiləri Gürcüstanın Sxinvaliyə hücumunda qaradərili muzdluların da iştirak etdiyi barədə məlumat yayıb. Bu barədə “RİA Novosti” Cənubi Osetiyanın Moskvadakı təmsilçisi Dmitri Medoyevə istinadən xəbər verib. D. Medoev dağıdılmış Sxinvali küçələrində gürcü hərbçilərinin xeyli meyitinin olduğunu deyib: “Onların arasında zəncilər də var. Onlar ya muzdlular, ya da gürcü hərbçilərin təlimatçılarıdırlar”. Separatçıların lideri Eduard Kokoytı da bir qədər əvvəl gürcülərin tərəfində muzdluların döyüşdüyünü bildirmişdi. Corc Buş Administrasiyası: ABŞ Gürcüstana hərbi yardım göstərmək niyyətində deyil Corc Buş Administrasiyası hazırkı mərhələdə Gürcüstana yalnız beynəlxalq diplomatiya çərçivəsində kömək göstərməyi düşünür. ABŞ Administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib ki, Vaşinqton indiki məqamda beynəlxalq diplomatiyadan kənar heç bir addım atmaq niyyətində deyil. “Vaşinqton post” qəzetinin yazdığına görə, Administrasiya rəsmisi ABŞ və ya NATO-nun Gürcüstana silahlı yardım edə biləcəyini düşünməyə əsas verən heç bir ifadə işlətməyib. Cənubi Osetiyada Rusiya Müdafiə Nazirliyinin ordu komandanı və üç jurnalist yaralanıb Cənubi Osetiyada Rusiya Müdafiə Nazirliyinin 58-ci ordusunun komandanı, general-leytenant Anatoli Xrulov yaralanıb. “Vesti 24” telekanalı A. Xrulovun Rusiyanın maşın karvanının atəşə tutulması zamanı yarandığını bildirib. Generalın yaralanması barədə telekanalın həmin vaxt avtomobil karvanında olan əməkdaşı birbaşa efirdə məlumat verib. Komandan avtomobil karvanında olan jurnalistlərlə birlikdə vertolyotla Vladiqafqazdakı hospitala çatdırılıb. Atəş zamanı “Vesti”nin üç jurnalisti də zərər çəkib. Hərbi müxbir Aleksandr Sladkov və operator Leonid Losyev güllə yarası, videomühəndis İqor Uklein isə kontuziya alıb. Onlar da Vladiqafqazdakı hospitala çatdırılıblar. Ukrayna Gürcüstana humanitar yardım göndərəcək Ukrayna Cənubi Osetiya ilə münaqişədə zərər çəkmiş Gürcüstanın mülki əhalisinə humanitar yardım göstərəcək. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Ukrayna prezidenti Viktor Yuşşenko bununla bağlı fərman imzalayıb. Prezident hökumətə 3 gün ərzində humanitar yardımın Gürcüstana çatdırılmasını təmin etməyi tapşırıb. Müharibədən zərər çəkmiş gürcü əhalisinə tibbi ləvazimatlar və ərzaq göndəriləcək. Rusiya isə öz növbəsində, Cənubi Osetiyaya 120 ton miqdarında humanitar yardım yola salıb. 30 maşından ibarət karvan Sxinvaliyə ərzaq məhsulları aparır. Bundan başqa, son bir sutka ərzində Cənubi Osetiyadan olan qaçqınlar üçün Vladiqafqaza təyyarələrlə bir neçə dəfə yardım göndərilib. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar