Çaroymaq kəndlərində internet xidməti bərbad vəziyyətdədir

25.04.2022, 12:33

Çaroymaq kəndlərində internet xidməti bərbad vəziyyətdədir. Problemlə bağlı Çaroymaq fərmandarı Yasın Təvəkküli açıqlama verib.

Gunaz.tv Quote | Gunaz article

Şərqi Azərbaycan əyalətinin Çaroymaq şəhərinin fərmandarı Yasın Təvəkküli mediaya verdiyi açıqlamada bölgə kəndlərinin 70%-da internet və telefon xidmətinin olmadığını açıqlayıb.

O, problemin müzakirəsinə həsr olunmuş toplantıda deyib ki, internet xidmətinin olmaması bölgə əhalisinin problemlərinin çoxalmasına, onlayn təhsil alan şagirdlərin dərsdən geri qalmasına əhəmiyyətli dərəcədə mənfi təsir göstərir.

Bölgənin əyalətin geri qalmış yerlərindən biri olduğunu deyən fərmandar internet və kommunikasiya xidmətlərinin həll olunması üçün yetərli tədbirlərin həyata keçirilmədiyin vurğulayıb. 

Timur

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social