SON XƏBƏRLƏR

Atasının Xamneyiyə yazdığı məktuba görə tutulan Hüseyn Kərrubi təkadamlıq kameraya salınıb

2021.10.20, 07:36
Atasının Xamneyiyə yazdığı məktuba görə tutulan Hüseyn Kərrubi təkadamlıq kameraya salınıb

Gunaz.tv

GünAz TV: Atası Mehdi Kərrubinin İranın “dini lider”i Əli Xamneyiyə yazdığı məktub səbəbindən tutulan oğlu Hüseyn Kərrubi təkadamlıq kameraya salınıb.

 

Bu barədə Twitter səhifəsində məlumat verən onun qardaşı Məhəmməd Tağı Kərrubi bildirib ki, hazırda ifadəsi alınan Hüseynə qarşı təzyiq tətbiq olunur.

 

O, qeyd edib ki, “Sepah”ın Kəşfiyyat Təşkilatı və digər xüsusi xidmət orqanlarının əməkdaşları onu etmədiyi cinayətləri etiraf etmək üçün təzyiqə məruz qoyurlar.

 

İran rəsmiləri və məhkəmə sistemi hələ ki, Məhəmməd Tağı Kərrubinin dediklərinə reaksiya verməyiblər.

 

Mehdi Kərrubinin Əli Xamneyiyə qarşı tənqidi məktubu dərc edildikdən sonra yanvarın 14-də təhlükəsizlik qüvvələri onun oğlu Hüseyni tutaraq Evin həbsxanasına salmışdılar. O, 2017-ci ildə də atasının Həsən Ruhaniyə ünvanladığı açıq məktub səbəbindən tutulmuş, 6 ay həbs cəzasına məhkum edilmişdi.

 

Xatırladaq ki, Mehdi Kərrubi yanvarın 11-də Xamneyiyə yazdığı məktubda “Sepah” tərəfindən Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulması məsələsinə toxunaraq, onun “konstitusiyaya əsasən, dini liderlik vəzifəsini daşımaq üçün heç bir xüsusiyyət və şərtlərə sahib olmadığı”nı qeyd etmişdi. O, həmçinin ölkədə baş verən hadisələrə görə də Xamneyini sərt tənqid etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar