SON XƏBƏRLƏR

ABŞ “Patriot” komplekslərini Polşaya təhvil verəcək

2022.03.09, 04:51
ABŞ “Patriot” komplekslərini Polşaya təhvil verəcək

Gunaz.tv

Bu barədə TASS-ın sorğusuna cavab olaraq ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığının nümayəndəsi Adam Miller bildirib.

Onun sözlərinə görə, iki “Patriot” batareyasının Polşaya verilməsi planlaşdırılır. ABŞ hərbi departamenti hesab edir ki, bu addım həm Birləşmiş Ştatlar və müttəfiqləri həmçinin NATO ərazisi üçün potensial təhlükənin qarşısını almağa imkan verəcək.

“Bu, alyansın 5-ci maddəsinə sadiqliyimizi və heç bir hücum əməliyyatını dəstəkləməyən ehtiyatlı qüvvələrdən qorunma tədbiridir” deyə Miller əlavə edib. 

Bu arada G7 (Böyük Yeddilik) ölkələri Rusiya Federasiyasının Ukraynada xüsusi hərbi əməliyyat keçirməsi ilə əlaqədar ona qarşı əlavə tədbirlər görməyə hazırdır.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Konqresdə dinləmələr zamanı bildirib.

Nuland açılış nitqində ABŞ və müttəfiqlərinin hazırda Rusiyaya tətbiq etdiyi sanksiyaları xatırladıb.

“Prezident Putin bu amansız müharibəni dayandırmasa, G7-dən, Avropa İttifaqındakı tərəfdaşlarımızdan və dünya ölkələrindən daha çox reaksiyalar olacaq”,- deyə Nuland bildirib. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar