SON XƏBƏRLƏR

Aviqdor Liberman: “İranın İraqdakı hərbi təsisatlarını hədəfə alacağıq”

2021.10.20, 07:36
Aviqdor Liberman: “İranın İraqdakı hərbi təsisatlarını hədəfə alacağıq”

Gunaz.tv

GünAzTV: İsrailin müdafiə naziri Aviqdor Liberman sentyabrın 3-də ölkəsinin bir sıra yüksək rütbəli rəsmiləri qarşısında çıxış edərək, İranın Suriya və İraqdakı hərbi varlığından və onların İsrailə qarşı təhdidindən danışıb.

 

Liberman bildirib ki, İsrail yerindən və məkanından asılı olmayaraq, İranın Tel-Əvivə qarşı hər hansı bir təhdidinə qarşı mübarizə aparacaq, ona lazımlı cavabı verəcək: “Biz, hazırda Suriyada baş verənləri yaxından diqqət mərkəzində saxlayırıq. Lakin İranın ölkəmizə qarşı təhdidlərinə gəlincə, açıq şəkildə bildirirəm ki, bizim hərbi hücumlarımız təkcə Suriya ərazisi ilə kifayətlənməyəcək.

 

Biz, lazım görüldüyü təqdirdə istənilən yerdə, o cümlədən də İraqda İranın hərbi baza və təsisatlarını hədəfə alacaq, ona dağıdıcı zərbələr endirəcəyik. Bu işdə bizim əlimiz açıqdır və istənilən yerdə İranın İsrailə qarşı hər hansı bir təhdid və addımına kəskin cavab verəcəyik. Bunu isə özümüzü qorumaq üçün edəcəyik”.

 

Qeyd edək ki, son aylar, İsrail ordusu Suriyada “Sepah”ın onlarla hərbi bazasına hava zərbələri endirib. Raket zərbələri nəticəsində onlarla “Sepah”çı həlak olub, bir çoxları ağır bədən xəsarəti alıb.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar