SON XƏBƏRLƏR

Avropa Birliyi Gürcüstana dəstək verəcək

2021.10.20, 07:36
Avropa Birliyi Gürcüstana dəstək verəcək

Gunaz.tv
Avropa Birliyi Gürcüstana dəstək verəcək 080606.jpg Avropa Birliyi gölkələri Xantı-Mansiysik sammitində Gürcüstanın ərazi bütövlüyünü dəstəkləmək niyyətindədir. Lakin bu ölkələr «dondurulmuş münaqişələr»in həllində Rusiya ilə əməkdaşlıq edəcəklər. Bunu Avropa Birliyinin rəsmi nümayəndəsi bəyan edib. Onun sözlərinə görə, Avropa Birliyi ölkələrin əmin olmalıdırlar ki, Rusiya, münaqişələrin həllində konstruktiv fəaliyyət göstərir. Bu arada isə rəsmi Moskva, Rusiya-Gürcüstan münasibətlərini Avropa Birliyi nümayəndələri ilə müzakirə etməyə hazır olduğunu bildirib. Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijov, Brüsseldə jurnalistlərə bildirib ki, Rusiya-Avropa Birliyi sammitində «dondurulmuş münaqişələr»lə yanaşı, Yaxın Şərqdə, Əfqanstanda və Qərbi Balkanlar bölgəsində vəziyyəti müzakirə edəcək. O deyib ki, tərəflər dünya iqtisadiyyatının vəziyyəti və ərzaq təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi aparacaq. Qeyd edək ki, Rusiya-Avropa Birliyi sammitin iyunun 26-27-də keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar