SON XƏBƏRLƏR

AVROPA BİRLİYİ İRANA YENİ SANKSİYALAR TƏTBİQ ETDİ

2021.10.20, 07:36
AVROPA BİRLİYİ İRANA YENİ SANKSİYALAR TƏTBİQ ETDİ

Gunaz.tv
AVROPA BİRLİYİ İRANA YENİ SANKSİYALAR TƏTBİQ ETDİ Avropa Birliyi Şurası Lüksemburq toplantısında İranın ən böyük bankı sayılan Milli Banka qarşı sanksiyalar tətbiqinə qərar verib. Milli Bankın Avropadakı bütün maliyyə vəsaitlərinin dondurulacağı bildirilir. Razılaşmaya görə, bankın London, Paris və Hamburqda fəaliyyət göstərən şöbələrinin fəaliyyətinə qadağa qoyulacaq. «Media forum» saytının məlumatına görə, İranın 20 vətəndaşının, həmçinin 15 təşkilatın Avropa Birliyindən viza almasına qadağa qoyulub. Avropa Birliyi rəsmiləri qadağalar siyahısına düşən İran vətəndaşlarının adlarını çəkməsələr də, onların İranın nüvə fəaliyyətlərinə bağlı hökumət rəsmiləri olduğunu təsdiqləyiblər. İyunun 14-də Tehrana səfər etmiş Avropa Birliyinin xarici siyasət məsələri üzrə komissarı Havyer Solana uranı zənginləşdirməyi dayandırması müqabilində İrana çoxlu imtiyazları nəzərdə tutan yeni təkliflər paketi təqdim etsə də, rəsmi Tehran bununla razılaşmayıb. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar