SON XƏBƏRLƏR

Avropa Ittifaqı və Almaniya İrana mütərəqqi sentrifuqalardan istifadə ilə bağlı xəbərdarlıq edib

2021.10.20, 07:36
Avropa Ittifaqı və Almaniya İrana mütərəqqi sentrifuqalardan istifadə ilə bağlı xəbərdarlıq edib

Gunaz.tv

GünAz TV: Avropa İttifaqı bəyan edib ki, İranla imzalanmış nüvə razılaşmasını dəstəkləməsi rəsmi Tehranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılıdır. 

 

Xatırladaq ki, ötən gün İranın Atom Enerjisi üzrə Agentliyinin rəhbəri Əli Əkbər Salehi Nətənz Atom Elektrik Stansiyasında 30 yeni mütərəqqi İR-6 sentrifuqasının simvolik təqdimatını keçirmişdi.

 

Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin sözçüsü Maya Kusiançiç təmsil etdiyi qurumun məsələdən xəbərdar olduğunu, rəsmi münasibət bildirmək üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəsmi təsdiqini gözlədiyini deyib.

 

O, güc olmadan İranı bü gunə qədər atdığı bütün addımları ləğv etməyə, nüvə razılaşmasının mövcudiyyətini sual altına atacaq hər bir qərarı qəbul etməkdən çəkinməyə çağırıb. Diplomat Aİ-nin nüvə razılaşmasında qalmasının İranın öz öhdəliklərinə əməl edib-etməməsindən asılı olduğunu bəyan edib.

 

Digər tərəfdən, Almaniyanın Xarici İşlər naziri Hayko Maas İranın nüvə razılaşmasının müddəalarını pozmasını qəbuledilməz adlandırıb. O, rəsmi Tehranın mütərəqqi sentrifuqalardan istifadəsini nüvə razılaşması ilə ziddiyyət təşkil edən addım kimi dəyərləndirib.

 

Qeyd etmək lazımdır ki, Avropa ölkələri daha öncələr də xəbərdarlıq etmişdilər ki, İran öz öhdəliklərini azaltmağa davam etsə, razılaşmanı tərk edəcəklər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar