SON XƏBƏRLƏR

Avropa ölkələrinin liderləri Buşun İrana qarşı sanksiyalarını dəstəkləyir.Dr. Nara Əzizoğlu

2021.10.20, 07:36
Avropa ölkələrinin liderləri Buşun İrana qarşı sanksiyalarını dəstəkləyir.Dr. Nara Əzizoğlu

Gunaz.tv
Dr. Nara Əzizoğlu [email protected]/* */ yazar_4mkkqvjx.jpg Buşa Avropadan dəstək Avropa ölkələrinin liderləri Buşun İrana qarşı sanksiyalarını dəstəkləyir Avropaya son rəsmi səfər edən prezident Buş İrana qarşı tətbiq olunacaq sanksiyalarda Qərbin dəstəyini qazanıb. Əgər İran ona təklif olunan uranın zənginləşdirilməsi proqramını dayandırmaq barədə təkliflər zərfini qəbul etməsə, banklara məhdudiyyət qoyulması barədə sanksiya tətbiq olunaca. Bu barədə prezident Buş Avropa rəsmiləri ilə görüşündə bildirib: «İran lideri ya təcridolunma siyasəti ilə üzləşəcək, ya da uranın zənginləşdirilməsi proqramını dayandırıb bizim hər birimizlə daha geniş əlaqə qurmaq şansı əldə edəcək». Keçən ay MAQATE-nin Tehranın nüvə silahının inkişafı ilə bağlı çox ciddi narahatçılıq keçirməsi İranın nüvə proqramı ilə bağlı gərginliyi daha da artırdı.Bu məsələ ilə bağlı ilk xəbərdarlıq İsrailin Nəqliyyat Naziri Şaul Mofaz tərəfindən gəldi. O bildirdi ki,əgər uranın zənginləşdirilməsi proqramı davam etdirilərsə İsrailin İrana qarşı müharibəsi çox yaxındır. Üç Avropa ölkəsi-İngiltərə, Fransa və Almaniya Avropa diplomatiyasının fəaliyyət mərkəzindədir və Buş bu dövlətlərin İrana qarşı BMT-nin daha sərt bəyannamələr qəbul etməsini istəyir. Buş İranla bağlı İsrailin maraqlarını rəğbətlə qarşıladığını bildirdi və prezidentlik dövrünün qurtarana qədər bu məsələnin həll olunmasını və hərtərəfli əlaqələrin yaranmasına şad olacağını bildirdi.O həmçinin Yanvar ayına qədər bu dövlətlər arasında iqlim dəyişikliyi olacağına inandığını da vurğuladı. Bu məsələ ilə əlaqədar ABŞ və Avropa Birliyi bəyannamə qəbul edib.Bəyannamədə Tehran nüvə proqramı ilə bağlı beynəlxalq etibarını geri qaytarmalı və bu proqram ilə əlaqədar bütün sübutları MAQATE –yə təqdim etməli olduğu bildirilir. Həmçinin bəyannamə Qərbin “İkili yol strategiyası” İrana qarşı cəzalandırıcı sanksiyaları yenidən təsdiqlədi.Beləki,bəyannamədə bildiril ki,onlar bu sanksiyanı həyata keçirməyə hazırdır və onlar İranın Beynəlxalq bank sistemindən terrorizmi dəstəkləməsinə imkan verməyəcəklərini vurğulayıb. Administrasiya rəsmiləri bildiriblərki, bəyannamə Tehrana qarşı yeni hərəkətdən çox yeni sanksiyaların perspektivliyini ortaya çıxardı. Avropa Komissiyasının prezidenti Jos Manuel Barrosso,Slovakiyanın baş naziri Canez Cansa ilə keçirilən görüşdə Buş İran nüvə silahi əldə edəcəyi halda bu potensiala malik başqa dövlətlərdə nüvə silahı əldə etməyə səy göstərəcəyini bildirib.Buş həmçinin güclü diplomatiyaya ehtiyac olduğunu vurğulayıb. Burada əsas məsələ hansı ölkənin nüvə silahı əldə edəcəyi deyil,əsas məsələ onları bu yoldan çəkindirməkdir. Bu problem ilə əlaqədar olaraq bu həftənin sonunda Avropa Birliyinin xarici siyasət rəhbəri Xavier Solananın Tehrana səfəri gözlənilir. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar