SON XƏBƏRLƏR

Avropalı tələbələr Azərbaycan dilini öyrənəcək

2021.10.20, 07:36
Avropalı tələbələr Azərbaycan dilini öyrənəcək

Gunaz.tv
Avropalı tələbələr Azərbaycan dilini öyrənəcək Avropalı Tələbələr Forumu – Bakı İctimai Birliyi avropalı tələbələr üçün Azərbaycan dili kursu təşkil edir. Lent.az-ın məlumatına görə, “Odlar Yurdu-Azərbaycan” adlı kurslarda Avropanın 12 ölkəsindən – Türkiyə, Gürcüstan, Macarıstan, Çexiya, İtaliya, Danimarka, Niderland, Finlandiya, Estoniya, İspaniya, Sloveniya və Slovakiyadan olan 15 gənc təhsil alacaq. Kurslarda dil öyrənməklə yanaşı, iştirakçılar həmçinin, Azərbaycanın tarixi, mədəniyyəti, tarixi abidələri ilə tanış olacaqlar. Tədbir Azərbaycanın Gənclər və İdman Nazirliyi və “Bakcell Ltd” MMC şirkətinin dəstəyilə həyata keçirilir. Nigar Məmmədli LENT.AZ ---------------------------------------------------------------------------- Bu gün Azərbaycanda Diplomatiya Günüdür Bu gün Azərbaycanda Diplomatiya Günüdür. Azərbaycan diplomatiyasının tarixi rəsmən 9 iyul 1919-cu ildən başlayır. Lent.az-ın xəbərinə görə, arxivlərdə Azərbaycan Demokratik Respublikasının Xarici İşlər Nazirliyinə aid tapılmış ilk rəsmi sənəd məhz bu tarixdə qeydə alınmış nazirliyin müvəqqəti əsasnaməsidir. Diplomatiya Günü müəyyən olunarkən bir neçə təklif irəli sürülüb. Osmanlı Türkiyəsi ilə imzalanmış müqavilənin imzalandığı günün, Versal konfransının başladığı günün, Antanta dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin tanındığı günün Diplomatiya Günü kimi seçilməsi təklif olunsa da, məhz 9 iyul tarixinin üzərində dayanılıb. Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib. Hazırda Azərbaycan paytaxtında xarici ölkə diplomatik nümayəndəliklərinin sayı 40-a çatıb. Azərbaycanın xaricdəki diplomatik korpusu isə 60-a yaxın səfirlik, baş konsulluq və daimi nümayəndəlikdən ibarətdir. Azərbaycanlı diplomatların sayı 700-ə yaxındır. Onların əksəriyyəti xarici dövlətlərdə, qalanları isə Xarici İşlər Nazirliyinin mərkəzi aparatında çalışır. lent

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar