SON XƏBƏRLƏR

Avropanın varlı və yoxsulları

2021.10.20, 07:36
Avropanın varlı və yoxsulları

Gunaz.tv
Avropanın varlı və yoxsulları Lüksemburq Avropa Birliyinin ən varlı ölkəsidir. AB-nin Statistika Bürosunun (Eurostat) açıqladığı reytinq hesabatında bildirilir ki, ümumdaxili məhsulun əhalinin alınıcılıq qabiliyyətinə olan münasibəti baxımından cırtdan ölkənin göstəricisi 276-ya bərabərdir. Bu isə AB üzrə orta statistik göstəricidən təxminən 3 dəfə çoxdur. Reytinqi hazırlayanlar "The Financial Times Deutschland"a bildiriblər ki, Lüksemburq başqa ölkələrdən gəlmiş işçilər hesabına lider mövqe tutub. Bu cırtdan ölkədəki çoxsaylı qeyri-rezidentlər ümumdaxili məhsulun formalaşmasına əhəmiyyətli təsir göstərsələr də, adambaşına düşən ümumdaxili məhsulun hesablanmasında nəzərə alınmırlar. Eurostatın fikrincə Avropa Birliyinin ikinci ən varlı ölkəsi İrlandiyadır: bu ölkə 146 bal toplayıb. Liderlər beşliyində sonrakı yerləri Hollandiya (131), Avstriya (128) və Almaniya (113) tutublar. Avropa Birliyinin ən kasıb ölkələri Bolqarıstan (38) və Rumıniyadır (41).

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar