SON XƏBƏRLƏR

“Aydınlıq” öyrənci nəşriyyəsinin birinci sayı işıq üzü görüb – Urmiyədə

2021.10.20, 07:36
“Aydınlıq” öyrənci nəşriyyəsinin birinci sayı işıq üzü görüb – Urmiyədə

Gunaz.tv

GünAz TV: Urmiyə universitetində “Aydınlıq” adlı mədəni, ictimai, siyasi və ədəbi nəşriyyəsinin birinci sayı işıq üzü görüb.

 

Türk və fars dillərində çap olunan nəşriyyə şəhid Qazi Təbatəbayi texniki fənlər fakultetininin öyrənciləri tərəfindən nəşr olunub.

 

10 səhifəlik nəşriyyədə aşağıdakı mövzulardan bəhs olunur:

-        Çillə gecəsi, sevgi nəğməsi

-        “Urmu” adı Qərbi Azərbaycan mərkəzinin həqiqi kimliyinin göstərgəsi

-        Əliağa Vahid

-        Gözəlim

-        Urmu gölünün dirilməsi üçün nə etməliyik?

-        Azərbaycanın vəziyyəti Ciloluq faciələrində

-        Bağçaban, karlar üçün yaradılan birinci məktəbin qurucusu...

-        Ustad Müəzzinzadənin yaşayışına qısa bir baxış

-        Urmiyə Asiyanın voleybol paytaxtı

 

İranda az sayda nəşr olunan Azərbaycan nəşriyyələrinə müxtəlif formalarda təzyiq edilir. Lakin türk öyrəncilər rejimə qarşı dirənir və öz vəsaitləri hesabına məhdud sayda qəzet və dərgi nəşr edirlər. “Aydınlıq” nəşriyyəsinin hazırlanması və çap olunmasına xərclənən vəsaitin hamısı azərbaycanlı öyrəncilər tərəfindən təmin olunur.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar