SON XƏBƏRLƏR

“Azərbaycan Öyrənci Hərəkatı” terror qruplaşmaları tərəfdarlarının aktivləşməsinə qarşı yığıncağa çağırış edib

2021.10.20, 07:36
“Azərbaycan Öyrənci Hərəkatı” terror qruplaşmaları tərəfdarlarının aktivləşməsinə qarşı yığıncağa çağırış edib

Gunaz.tv

GünAz TV: Radikal kürd və fars şovinistlərinin Türkiyənin Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatına qarşı hərəkətə keçməsi güney azərbaycanlıların kəskin etirazına səbəb olub.

 

Bu istiqamətdə “Azərbaycan Öyrənci Hərəkatı” kürd terror qruplaşmaları və tərəfdarlarına qarşı yığıncaq keçirməyə çağırıb.

 

Bu barədə yayılan bəyanatda Güney Azərbaycanın bütün öyrənci və öyrənci qurumlarından etiraz yığıncağına qatılmaları istənilib.

 

Yığıncaq oktyabrın 17-i, yerli vaxtla saat 11:00-da Güney Azərbaycan universitetlərinin həyətində baş tutacaq.

 

Yığıncaqda Azərbaycan şəhidlərinin şəkilləri nümayiş etdiriləcək, “PKK-ya ölüm”, “YPG”-ya ölüm və “terrorçuya ölüm” şüarları səsləndiriləcək.

 

İranda türklərdən ibarət olan heç bir qrupa demokratik və milli hüquqlar, Dağlıq Qarabağ, ətraf mühit və digər məsələrlə bağlı etiraz aksiyası keçirməyə heç bir şəkildə icazə verilmir. Lakin kürd terror qruplaşmalarına dəstək verən radikal kürdlərin aksiyası İran təhlükəsizlik qüvvələrinin gözü qarşısında baş verir. Bu hadisə uzun illərdir İranın bütün məntəqələrində müşahidə olunur. Azərbaycan türkləri dövlətin tətbiq etdiyi ikili standarta qarşı hər zaman etiraz bildirib.

 

Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

Əməliyyat başlayan gündən Suriyada yüzlərlə terrorçu zərərsizləşdirilib.

 

N.S

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar