SON XƏBƏRLƏR

Azərbaycan və ona aiyd olan bölgələrdə çəşitli sorunların oluşumu – Təbrizli Baybək

2021.10.20, 07:36
Azərbaycan və ona aiyd olan bölgələrdə çəşitli sorunların oluşumu – Təbrizli Baybək

Gunaz.tv
Azərbaycan və ona aiyd olan bölgələrdə çəşitli sorunların oluşumu – Təbrizli Baybək azmap.jpg Bir düşüncənin, bir yazının anlamına varmağ üçün, düşüncə sahibinin və yazarın anlatma gücü ilə yanyana, düşüncəni anlamağa çalışan və ya yazını oxuyanın anlayışınada bağlıdır. İndi elə bir durumdayıq ki bir sıra gərçəkləri qəbul etməli olacayıq. Misal üçün, Azərbaycanın bir bütöv olduğunu, Bütövlük hissinin milli düşüncələrdə var olmağını və ya özgürlük yolunda verilən savaşlara inanmaq, və hətta baş əymək məcburiyətində olacayıq. Bir sıra fakt ortalığda var. Bu faktlara bilərək ya bilməyərək göz yümmağ yanlışdır. Və, əgər bu göz yuman toplum ziyalılar toplumunda olsalar, o kütlənin düşüncəsi və gələcəgi, bu gün və yaxın gələcəkdə baş verməsi gözlənilən sorunların kontroldan çıxmağ təhlükəsilə qarşı olacaqdır! Hələ üzağ gələcəkdə olan sorunlara indi toxunmağ bilə yersiz olacaqdır. Mən daha öncəki yazılarımda Azərbaycan və onun gərçəkləri qonusunda öz düşüncələrimi, başardığım qədər Güneydə gedən milli mubarizə və bilgilərimə söykənən yanıtlari açıq şəkildə ortaya atmışam. Bu nədənlə, bir sıra əlişdirilərin yersiz olduğu, və hətta caydırıcı xarakter daşıdığına toxunmağ heçdə yanlış bir işləm hesab olmayacaqdır. Biz bilirik ki Azərbaycan tarix boyu bir bütöv olaraq, çeşitli dönəmlərdə dəiyşik sınırlara malik olubdur. Buna baxa baxa olmayıb demək, bir normal düşüncədən qaynağlanan dilək olmadığına kimsənin şubhəsi olmayacaqdır. Mən heç bir zaman Azərbaycanın tarixi torpağlarının bir daha əlimizə geçməsinə inanmamışam, ama, indiki var olan torpağlarımızın itirməginədə heç bir zaman razi olmamışam. Misal üçün, Van Gülü bizim olmalıdır, Yerəvan qaytarılmalıdır, Şiraza hükümət edəcəiyk, Dərbən və … bizim olmalıdır deməmişəm! Min illərcə tarixdə səbt olunan Azərbaycan torpağlarının qaytarılmasın istəməmişəm! Örəgimdə istəsəmdə, üzağ gələcəkdə geri almağa düşünsəmdə, günümüzdə olan gərçəklərdən qaçmamağı tərcih etmişəm. Ama, bu gün iki adlım parçaya ayrılmış, qan damarı olan Araz çayıyla sınır ayrımına uğramış Azərbaycanın ayri-ayri olduğuna heç zaman baş əyməyəcəgəm. Sizcə bu səhv bir düşüncəmidir? Mən belə inanıram ki Bütöv Azərbaycan ideasında olmayan bir Azərbaycanlı, fərq etməz hardan olsun, hançi devlətin passportun daşısın və harda yaşasın, əgər belə bir soydaşın birlik və bütövlükdən başqa bir düşüncəsi olarsa, mən ona rəsmən xaiyn deməkdən çəkinməyəcəgəm. Ama, bu arada böyük bir soru var, oda budur ki, aya biz tüm Azərbaycanlıları öz gərçək kimliklərinə görə bilgiləndirmişik mi? Elə burdadır ki milli fəallar və ziyalılarımız, gərək sözlərimiz və düşüncələrimizə daha diqqətli olsunlar. Bütölük ideasi bir-iki şəxsin düşüncəsində güclənməz. Ona güc verən kütlənin qatqısıyla üzə çıxar. Ancaq genə bir başqa soru ortaya çıxar! Kütlə düdigimiz nə ola bilir? Bu sorunu çözmək üçün, demək iki açıdan yanaşmağ gərəkli olacaqdır. Bir baxşı Güney və bir baxşı Quzeydən yana olmalıdır. Belə sadə sonuca varmağ üçün, nədən illərdir başı kəsilmiş bir quş kimin çabalayərək? Mən o ideani gündəmə gətirənlərdən olmuşam ki millət olaraq Güney və Quzey Azərbaycan terminləri qullanılmasın, ama, milli hərəkatımız üçün, Güeny Azərbaycan və Quzey Azərbaycan deməkdən vaz geçmək olmayacağınada inanıram, və çalışıram ki yazılarımda bu fərqə diqqət edəm. Əgər bu iki termin və ona aiyd olan iki fərqli qullanış alanının açıqlamasında, tərifində və qullanmasında səhvim olub, çox sevinərəm ki onlara düzəliş verəm. Söz burda mənim düşüncəmi ələşdirənlərədir ki belə fikirləşrlər sanki mən Güney Azərbaycanda başqa bir millətin olduğuna inanıram, və ya bir sırasıda tam bunun tərsinə, Atorpatanə adlanan ərazisin ələ geçirmək fikrində olduğuma inanırlar! Bunların iki tərəfinə deməli olacağam ki yanılıblar! Bir dəfə bəlki yararli olar ta açıq şəkildə Güney və Quzey arasında olan əsasi fərqlərə toxunam. Ilk olaraq, Quzey indi müstəqil bir ülkədir, müstəqil devlətçiligi var və dünyada üz maraxlarına görə bəlirli siyasətləri var. İkincisi, Güney hələ əsarətdədir, Güneydə gedən özgürlük mubarizəmiz hər tərəfdə, hətta qardaş deməgə məcbur olduğumuz devlətlərm tərəfindən baykot olur, Güneydəki proses ilə Quzeydəki proseslərin mahiyəti tam olaraq bir birindən dəiyşikdir. Bu qıssa açıqlamada hər haldə anlaşılır ki Güneydə olan Milli hərəkatşmiz, Quzeydə gedən demokrasi axdarşıyla fərqləndirilməlidir. Burda dır ki Bütöv Azərbaycan ideasına inanan və onu gücləndirmək yolunda çalışanların görəvi başlanır. Onların görəvi budur ki, Azərbaycanın iki adlım bölümündə gedən prosesləri, o proseslərin özlərinə özəl olan yöntəmlərlə yönətsinlər. Bu yönətimdir ki Bütöv Azərbaycançı və saxtakar fanatik qorxağların fərqin ortaya çıxarır. Saldırqan fanatiklərin abtal sözlərinə uyanlar, və ya hətta o saldırılardan uzağ qalmağ üçün gizli qalmağa çalışan bir sıra başi aşağa fəalların səssizlikləri məncə milli hərəkatımıza ən böyük zərbədir. Yoxsa bayrağ məsələsi və ya çeşitli terminlərə etiraz edib, sanki osman köynəgidir diə qan qan diyərək Azərbaycan parçalanır haraylari, öz dilimizdə olan “pişik bəzəmək” anlamına gələcəkdir. Mən başqa bir fakt qonusunada toxunmağ istəyəcəgəm. Quzey proseslərinə doğru yanaşmağ üçün, orda yaşamağ yə ən azından orda olan bitənlərdən davamli birinci əl məlumatla doymağ gərəkli olacaqdır. Bu gərəkli yetənək, Güney prosesləri üçündə lazim olacağına hərhaldə sizdə qatılırsız. Məncə bu qədər izahdan sonra, genə bir soydaş durubda incələmədigi düşüncə, vara bilmədigi idea və anlaya biləmədigi siyasətə “əvamfəriblik” desə, onda mənim suçum olmadığına, və hətta belə sözlərin ortaya çıxmamağı üçün yetərincə çaba gəstərdigimə şübhəm bilə olmayacaqdır. Hər zaman olduğu kimin, savaş savaşın getdigi alanda qazanılar yada utuzular! Güneydə gedən savaşi qazanmağ üçün gərək Güneydəki prosesin Güneydə gücləınməsinöə yardım edək. Güneydə oaln savaşi xaricə çəkərək, onun əl qolun bağlamağla, Güneyl soydaşlari bilərək ölümə göndərməli olmuş olacayıq. Habelə, Quzeydə gedən prosesləri xaricə daşımağla, demək o savaşın yoldan caymasına yardım etmiş olacayıq. Güney və Quzeydə gedən proseslərin elə orda olduqlarına, onların yetərincə güc qazanmalarına və inkişaf etməsinə yardımci olmağ ən doğru və hətta bircə yol olacaqdır. Ama bu o demək dəiyl ki içəridə, ya Güney yada Quzeydə gedən proseslərilə xaricdəkilərin arasında fasilə yaradılmalıdır. Demək istədigim budur ki, içəridə gedən proseslərin baykotdan çıxmasi, mənəvi və iqtisadi baxımdan güclənməsi üçün xaricdəkilər tam güclərilə çabalamalıdılar. Güney Azərbaycan milli hərəkati, Quzey Azərbaycan demokratik hərəkati, Güney Azərbaycan müstəqillik savaşi, Quzey Azərbaycan inkişaf prosesi v.s. hamısı bizim qullanacağımız terminlər olacaqlar. Hətta, Güney müstəqil olub devlətin qurduqdan sonra, bəlki bir sörə Güney Azərbaycan ülkəsinində yaradılmasına özən göstərməli olağ. Bu gərçəklərin Bütöv Azərbaycan ideasına heçdə təhlükə olduğuna inanmamış və inanmayacağam. Hətta bunlari təhlükə deyənlərəda yalançı, qorxağ və bəzən vətən düşmani adi verməkdəndə çəkinməyəcəgəm. Bir bilim misali vursam bəlki Güney ilə Quzey sorununa bir az olsada aydınlıq gətirsin! Geçənlərdə bir kişinin qulağı dibdən qopur, qopulan yerin munasib durumda olmadığı üçün, doktorlar qulaği yerinə tikə bilməyəcəkdilər. Bilim olaraq yaralanmış yerdən qopan üzv bəlli bir sürəc içində yerinə tikilməlidir, yoxsa onun yaşam yapımı aradan gedib və ölüm ilə üzləşəcəkdir. Dedigim doktorlar o qulaği nə etsələr yaxcıdi? Onu bir siçanın belinə tikdilər ta orda diri qalsın, daha sonra kişinin yaralanmış yerin sağaltdılar, və siçan belində yaşayan qulaği yerinə qyatardılar! Bu misaldan nəticə almağ istədigim budur ki, buraxın Güneydə gedən proses öz yolun getsin, buraxin içəridə yaşayan milli savaşçılarımız öz işlərin görsünlər, indi Güneydə qulağ məsələsi vardır, yaralanmış yer sağaldıqdan sonra, demək qulağ sorunuda çözüləcəkdir. Ey kaş Azərbaycan dedigim tüm tarixi torpağlarımızdan yaransın, ey kaş əskidə olduğu kimin genə dürd yandan dənizlərə dayansaidi, ey kaş, ey kaş … ama, bu dünyada ey kaşlara heç nə verməzlər. Haqqımızdırsa almalıyıq, yoxsa qapımızı döyüb bizə müstəqillik verməzlər. Haqlarımızı geri almağ və onlari birdefəlik qorumağ üçündə, hər kimə hər nə iş görmək bizim doğal haqqımızdır. Bizim haqlarımızi öz maraxlarına qurban verən kimisə varsa, demək bizim haq savaşımızın ədəfidir. Fərq etməz ki bizdən olsun ya başqa millətdən! Genədə dedigim o fanatiklərin uydurmalarına uysağ, illərdir didərgin olduğumuz kimin, genə didərgin qalıb və geçmişdəki kimin didişmələrlə məşğul olacayıq. Bu gün bizim Güney hərəkatımızda gərək Qarabağ dərdi, Kərkük dərdi, Borçali dərdi və hətta Quzey dərdi ilə yanyana, müstəqillik savaşi ilərləsin. Yani ki, ana hədəf Güneyın özgürlügü olsada, birlik ideasi o hərəkətin ta ortasında olacaqdır. Onsuzda indi Güney Azərbaycan hərəkati dedigimizdə olan düşüncədə Bütöv Azərbaycandan iləri, Türk Birligi ideasi yer almaqdadır. May qalxışlarında xaricdə oturanların ağzından, hətta özlərin Bütövçu adlandıranların ağzından çıxmayan şuar verən Güneylilər dedilər ki: Təbriz, Baki, Ankara – Farslar hara biz hara! Əlimdən tutmursansa, bari ayağımi burax yolumu gedim! Təbrizli Baybək

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar