Azərbaycan və Rusiya arasında əlaqələr genişləndirilir

2008-06-12 20:41

Azərbaycan və Rusiya arasında əlaqələr genişləndirilir Azərbaycan, Bakı, 12 iyun/ Trend News , müxbir İ.Əlizadə/ Rəsmi Bakı hesab edir ki, Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinə

Gunaz.tv Quote | Gunaz article

Azərbaycan və Rusiya arasında əlaqələr genişləndirilir Azərbaycan, Bakı, 12 iyun/ Trend News , müxbir İ.Əlizadə/ Rəsmi Bakı hesab edir ki, Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinə şərait yaradacaq. «Azərbaycanın xarici siyasətinin əsas fundamental istiqamətlərindən biri qonşu ölkələrlə sıx əməkdaşlıq əlaqələri yaratmaqdır. Azərbaycan Rusiya ilə əlaqələrə böyük əhəmiyyət verir», - deyə cümə axşamı Trend News-a açıqlamasında Azərbaycan Prezidentinin İcra Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib. Trend News-un arayışı: Rusiyanın yeni seçilən prezidenti Dmitri Medvedyev iyulun 3-4-də Azərbaycana ilk rəsmi səfərə gələcək. Səfər Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq. «Dmitri Medvedyevin Azərbaycana səfəri onu göstərir ki, Azərbaycan Rusiya üçün dünyada dörd-beş prioritet ölkələrdən biridir», - deyə Prezident Aparatının rəsmisi əlavə edib. Məmmədov bildirib ki, Azərbaycanın Rusiyadan bir məsələ ilə bağlı istəyi var. «Hesab edirik ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz irədəsini ortaya qoysa, bu daha ədalətli və düzgün olar. Bu münaqişənin həllində Rusiyanın mövqeyi mühüm əhəmiyyətə malikdir. Rusiya bu məsələdə daha ədalətli və konkret mövqe tutarsa, Dağlıq Qarabağ münaqişəsi daha tez həll olunar». Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir. trend
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV April.22.2021-Sözümüz: Ermənilərin April Yalanı

2021-04-23

gun az article

GünazTV April.22.2021- Düşünməyə Çağırı: 24 Aprel Yalanı və İranın Ermənistan Siyasəti

2021-04-23

gun az article

GünazTV April.22.2021: MİXİ YAZILI ƏDƏBİYYATIMIZ

2021-04-23

gun az article

Beynəlxalq yarışda xəsarət alan zənganlı idmançı mübarizəni dayandırdı

2021-04-22

gun az article

Muğanda "yaşıl soyqırım": Hektarlarla meşə sahəsi yox edilir-VİDEO

2021-04-22

gun az article

Təbrizli əczaçılar etiraz aksiyası keçirib

2021-04-22

gun az article

Urmuda avtobus qəzası: 18 nəfər xəsarət alıb

2021-04-22

gun az article

Təbriz bələdiyyəsinin Azərbaycançılıqda günahlandırılan şöbə rəisinin işdən çıxarılması təsdiqləndi-FOTOLAR

2021-04-22

gun az article

Zənganda antik əşya əməliyyatı: Qaçaqmalçı ələ keçdi

2021-04-22

gun az article

"Ana dili məhbusları" Həmid Mənafi və Behnam Şeyxi məzuniyyətə buraxılıb

2021-04-22

gun az article

Azərbaycan ordusuna dəstək aksiyasında iştirak edən ərdəbilli fəallar məhkəməyə çağırılıb

2021-04-22

gun az article

GünazTV April.21.2021-Görüş: İran-Qərb müzakirələrdə Çin'in rolü, İran'da seçkilər və Güney Azərbaycan Hərəkatı

2021-04-22

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-04-21

gun az article

Edamların sayına görə İran dünyada birincidir-Beynəlxalq Əfv Təşkilatının HESABATI YAYILDI

2021-04-21

gun az article

Təbriz bələdiyyəsinin Azərbaycançılıqda günahlandırılan şöbə rəisi işdən çıxarılıb?-İDDİA

2021-04-21

gun az article

İran hökuməti türk əyalətində kürd dilində hekayə festivalı keçirir

2021-04-21

gun az article

Milli fəal Kiyanuş Aslani məzuniyyətə buraxılıb

2021-04-21

gun az article

Güneyli yazıçının məhkəməsi olacaq-Mehdi Səlimiyə qarşı absurd ittihamlar irəli sürülüb

2021-04-21

gun az article

Marağada Yaxın Şərqin “fosil cənnəti" məhv edilir-FOTOLAR

2021-04-21

gun az article

"Sepah" Güney Azərbaycanda kampaniyaya başladı: Dini liderin yaxın çevrəsi seçici fəallığını artırmaq istəyir

2021-04-21