GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
İrana qarşı birlik qurulur
Şərqi Azərbaycanda enerji qıtlığı yaşanır
Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq
Terror qruplaşması Azərbaycana qarşı tədbir keçirib
Şolts enerji təchizatı sabitliyinə töhfəsinə görə Azərbaycana təşəkkür edib
İsrail Hizbullahın obyektlərinə zərbələr endirməyə davam edir
Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib
ABŞ təşkilatları Ermənistanda yeni AES-in tikintisi ilə bağlı tədqiqatlarda iştirak edir
Ukrayna daha 140 hərbçisinin meyitini geri qaytarıb
Mollalar hicaba riayət etməyənlərə qarşı dolayı müahribə elan ediblər
Kirmanda sosial media fəalları həbs edilib
Tarixi qala baxımsız qalıb
ABŞ İranın əleyhinə yeni sanksiyalar tətbiq edib
Kərəc və Saqqız şəhərlərində 4 məhkum edam edilib
Rəsmi İrəvan: Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Qazaxıstandakı görüşünün tarixi razılaşdırılır
KİV: İspaniya Ukraynaya “Patriot” raketləri göndərəcək
Məhbus aktivistlər məzuniyyət hüquqları ilə təmin olunmurlar
Təbrizli körpəyə türk adına görə sənəd verilmir
Milli fəal Cəbrayıl Pakruh məhkəməyə çağırıldı
ABŞ, Britaniya və Kanada İrana qarşı sanksiya tətbiq etdi
Dünya ölkələri girovlarla bağlı HƏMAS-a müraciət etdi
SON DƏQİQƏ: Avropa Parlamenti İran əleyhinə qətnamə qəbul edib
Azərbaycan və Özbəkistan kosmik sahədə əməkdaşlıq edəcək
İşğaldan azad edilmiş Malıbəyli kəndində 6 nəfərə aid qalıqlar aşkarlanıb
İranla Rusiya təhlükəsizlik anlaşması imzalayıblar
Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır
Azərbaycanlı müəllim həbsxanaya köçürüldü
İranın 11 əyalətində daşqınlar; 1 bənd dağılıb
Ermənilər Tehranda soyqırım tədbiri keçiriblər
İsaril Hizbullahın 40 məntəqəsini məhv edib!
Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi
Türkiyədə 23 İŞİD üzvü saxlanılıb
Xanada silah-sursat aşkar edilib
Təbrizdə qadın azarkeşlərin stadiona girişinə qadağa qoyulub
Azərbaycan Ordusunda MN rəhbərliyinin iştirakı ilə komanda-qərargah təlimləri keçirilir
Ağ Ev Ukraynanın ərazi itkilərinin səbəbini açıqlayıb
KİV: Çin Şimali Koreyadan Rusiyaya silah daşınmasına yardım edir
İran məhkəməsi tanınmış reperi edama məhkum etdi
SEPAH-a üzvlükdə şübhəli bilinən şəxs həbsə məhkum olunub
GünAz TV: İranın işğalçı Ermənistanı blokadadan çıxartmağa yönəlik cəhdləri, xüsusilə də baş nazir Nikol Paşinyanın İrandakı erməni icması il görüşdə “Qarabağ Ermənistandır, vəssalam” yazılmış plakatın qaldırılmasına Güney Azərbaycanla yanaşı Azərbaycan Respublikasından sərt təpkilər var.
“Biz İranın qonşuluq münasibətlərinə uyğun gəlməyən davranışına qarşı sözümüzü açıq şəkildə deməliyik”
Fazil Mustafa
Bu fikirləri özünün FB-dəki səhifəsində Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa bildirib. Fazil bəy qeyd edib ki, İranda Ermənistanın baş naziri Nikol Paşinyanın ermənilərlə görüşündə açıq-aşkar qaldırılan şüara İran rəsmiləri tərəfindən mütləq açıqlıq gətirilməlidir: “Həmin plakatda ”Qarabağ Ermənistanındır!" yazılması heç şübhəsiz ki, İran hakimiyyətinin razılığı ilə baş verib. Bununla İran, Azərbaycan ərazilərinin işğal olunmasına loyal münasibətini ortaya qoymuş olur. Biz İrana qarşı sanksiyalara qarşı çıxdığımız halda, İranın Azərbaycana münasibətdə bu cür qonşuluq prinsiplərinə uyğun gəlməyən davranışına qarşı sözümüzü açıq şəkildə deməliyik. Doğrudur, bu cavablar Azərbaycanda bir çox İran sevdalılarının xoşuna gəlməyəcək, ancaq müstəqil dövlətimizin qırmızı cizgisini tapdalayanlara qarşı həm Güney Azərbaycandakı soydaşlarımız, həm də Müstəqil Azərbaycandakı vətəndaşlarımız bütün platformalarda sərt cavab verməlidirlər. Biz İran-Ermənistan münasibətlərinə qarışmırıq, özünü müsəlman adlandıranların ermənilərə sevgisinə də bir söz demirik, lakin Azərbaycanın ərazi bütövlüyümüzü təhdid edən və rəsmi Tehran tərəfindən dəstəklənən bu siyasi tərbiyəsizliyə qarşı öz mövqeyimizi ortaya qoymalıyıq".
Hər halda İran dövlətinin indiki həssas dönəmdə, ona Azərbaycan kimi yaxın qonşusunun dəstəyi daha çox vacib olduğu halda, bölgədə heç bir rolu, çəkisi və əhəmiyyəti olmayan, səfil vəziyyətdə olan Ermənistanı bağrına basması suallar doğurur. Hansı ki, N.Paşinyan ötən il demişdi ki, ABŞ tələb etsə, İranla qapılarını bağlamağa və sanksiyalara qoşulmağa vadar olacaq. Lakin illərdir Qərbin təzyiqləri ilə üzləşsə də, Azərbaycan özünün müsəlman qonşusuna qarşı öz ərazisindən istifadəyə imkan vermir. Bunun qarşılığında Tehranın işğalçı ölkəyə isti mesajlar verməklə yanaşı, onu ayağa qaldırmaq cəhdlərinin səbəbi anlaşılan deyil. Faktiki olaraq İran Azərbaycanı ABŞ-ın sanksiyalarına qoşulmağa və ərazisindən onun əleyhinə istifadə olunmasına razılıq verməyə vadar edir.
Mövzu ilə bağlı Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, İranın apardığı xarici siyasət dəyişməz olaraq qalır və burada hər hansı bir təəccüblü məqam da görünmür: “Məlumdur ki, İranın xarici siyasətində Ermənistan mühüm bir rol oynayır. Bu, həm tarixən belə olub, həm də müasir dövrdə. Yəni xarici siyasətdə dost məfhumu yox, ümumi maraqlar məfhumu daha çox özünü göstərir. İranın Paşinyani belə qarşılamasının bir səbəbi Rusiyadır. Çünki sanksiyalara məruz qalan İran Ermənistan vasitəsilə müəyyən qədər öz iqtisadiyyatına, daha çox qaz ixracına müsbət bir saldo gətirə bilər. Bu gün Ermənistana verdiyi qaz müqabilində barterlə elektrik enerjisi idxal edən İran bunu inflyasiyanın kəskin artdığı bir vaxtda məcburi edir. Ermənistan da İrandan başqa regionda elə bir dövlət yoxdur ki, onun vasitəsilə öz iqtisadiyyatında dönüş yaratsın. İran və Ermənistan sərhədində azad iqtisadi zona yaratmaqla müəyyən qədər ermənilərin sosial vəziyyətinin düzələcəyinə inanalar təbii ki, yanılırlar. Çünki bu çox az və cüzi bir gəlir gətirə bilər”. Məsələnin siyasi tərəfinə gəldikdə, A.Nağıyev bildirdi ki, bu gün Ermənistan Rusiya ilə münasibətlərini tam tənzimləyə bilmir: “Qərbdən dəstəyi demək olar ki, kəsilib, güclü bir dövlət qismində hazırda ancaq İrana güvənə bilər. Bütün bunlara baxmayaraq, İran rəhbərliyi də Dağlıq Qarabağ münaqişəsinin həllinə yardımçı olmağı təklif edərək, problemin məhz iki dövlət arasında həll edilə biləcəyi anonsunu verir. Təbii ki, Azərbaycan baş verənlərə hazırdır və hətta qabaqlayıcı tədbirlərə də malikdir. Bu gün Dağlıq Qarabağ ərazisi vasitəsilə İran və Azərbaycanın işğal olunan ərazilərində 143 km uzunluğunda nəzarət edilməyən sərhəd var, buradan da separatçılar müxtəlif qanunsuz işlərdə istifadə edirlər”. Politoloq qeyd etdi ki, Paşinyanın ATƏT-in formatına uyğun olmayan dəyişiklik etmək təklifi də absurd məsələdir: “Buna nə Amerika Birləşmiş Ştatları (ABŞ), nə də digər regional və qlobal güclər imkan verməyəcək. Ermənistanın İranla yaxınlaşması və son zamanlar Suriya ilə bağlı atdığı addımlar ABŞ-ı razı sala bilməz və bu proseslərin sonu Ermənistan üçün heç də yaxşı sonluqla bitməyə bilər. Azərbaycan - ABŞ münasibətləri təbii ki, Ermənistan - İran münasibətləri müstəvisində qurulmayıb. ABŞ və Azərbaycan bir sıra müqavilələrdə müttəfiqdirlər və hətta böyük qaz layihəsində İranın da payı var və Azərbaycana görə sanksiyalar tətbiq edilmədi. Yenə qeyd edirəm ki, hər bir dövlətin öz xarici siyasəti var, bununla belə, ümumi maraqları da unutmaq düzgün deyil”.
Arzu Nağıyev
1992-ci il 26 fevral tarixində azərbaycanlılar Xocalıda ermənilər tərəfindən soyqırıma məruz qalıb. Bu faciənin 27-ci ildönümündən bir gün sonra Ermənistanın baş naziri N.Paşinyan İrana rəsmi səfər edib. O səfər çərçivəsində bu ölkənin prezidenti Həsən Ruhani və dini lideri Əli Xamneyi ilə görüşüb, tərəflər iki ölkə arasında əlaqələrin daha da genişlənməsi barədə müzakirələr aparıb.
N.Paşinyan Tehranda səfərdə olarkən “Ararat” klubunda erməni icması ilə də görüş keçirib. Görüşdə “Qarabağ Ermənistandır və Son” yazılmış plakat qaldırılıb. İranın Azərbaycanın ərazi bütövlüyünə qarşı plakatın qaldırılmasına imkan tanıması Güney və Quzey Azərbaycanda geniş etirazlara səbəb olub. Bununla bağlı martın 1-də Təbrizin səhənd stadionunda “Traxtur”la “Sepahan” komandaları arasında keçirilən görüş zamanı Dağlıq Qarabağ və Azərbaycan Respublikasına dəstək verən çoxlu şüarlar səsləndirilib və Azərbaycanın üçrəngli bayrağı dalğalandırılıb.
N.S
Terror qruplaşması Azərbaycana qarşı tədbir keçirib
Tarixi qala baxımsız qalıb
Təbrizli körpəyə türk adına görə sənəd verilmir
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır
Ermənilər Tehranda soyqırım tədbiri keçiriblər
Təbrizdə qadın azarkeşlərin stadiona girişinə qadağa qoyulub
KİV: Çin Şimali Koreyadan Rusiyaya silah daşınmasına yardım edir
HƏMAS mülki sığınacaqlardan raket atır
Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək
Prezident İlham Əliyev tanınmış güneyli alim Şapur Ənsariyə medal verdi
İsrail İranın S-300 raketlərini məhv edib!
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb
Türkiyə Prezidenti Ermənistana xəbərdarlıq edib: Fürsət qapıları həmişə açıq qalmır
Azərbaycan türkcəsindəki mətnləri "Onlayn" tərcümə edən proqram təqdim olunub
İranda məcburi hicab qaydaları növbəti dəfə sərtləşdirilir
ABŞ Dövlət Departamenti İranda insan haqları ilə bağlı illik hesabatını yaydı
Krım türklərinin Tərcüman adlı televiziyası fəaliyyətə başlayıb
Təbrizdə Urmu gölü ilə bağlı posterlər yayıldı
"Bosniyada müsəlmanlara qarşı törədilənlər soyqırımı olmayıb" İranın səfiri
2 il ərzində ölkənin yoxsul təbəqəsinin sayı 8 milyon nəfər artıb
Dörd azərbaycanlı fəalın dindirmə iclası keçirilib
İsrailin hücumu mesaj idi: Biz daha pisini də edə bilərdik
İsrail niyə İsfahanı hədəf aldı?
Güneyli aktivist məzuniyyətə göndərilib
Azərbaycan sərhədçiləri İrandan narkotik keçirilməsinin qarşısını alıb
İran yenədə "Şirin quyruğu"ndan danışdı
İsrail İrana hava zərbələri endirib
Azərbaycanın növbəti uğuru- Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
G7 İranı hədələdi: Rusiyaya silah vermə...
İsrail Suriyanın şimalını bombalayıb
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə problemi masa arxasında həll edib
İsrailin zərbəsi ilə bağlı ilkin DETALLAR!
Təbrizdə güclü partlayış səsləri eşidilib
Qəzvində sosial media fəalları həbs edilib
"Bosniyada müsəlmanlara qarşı törədilənlər soyqırımı olmayıb" İranın səfiri
İran rejimi xeyrinə casusluqda şübhəli bilinən şəxs həbs edildi
Prezident İlham Əliyev tanınmış güneyli alim Şapur Ənsariyə medal verdi
Krım türklərinin Tərcüman adlı televiziyası fəaliyyətə başlayıb