SON XƏBƏRLƏR

Azərbaycanin Güneyində gedən bayrağ məsəlsinə bir baxış

2021.10.20, 07:36
Azərbaycanin Güneyində gedən bayrağ məsəlsinə bir baxış

Gunaz.tv
Azərbaycanin Güneyində gedən bayrağ məsəlsinə bir baxış Demek olar ki 1789 inci ildə fıransanin böyük inqilabindan sonra dünyada milli devlətlərin qorulması güclü şəkildə ortaya çıxdı,dünyada milli devlətlər yaratmaq mərhələsi başlayanda təsüflə azərbaycanda hələ belə bir fikir ortaya çıxmamışdı və bu birinci səbəblərdən demək olar ki bir ürəyi saf,özgələri özü kimi sədaqətli sayan bir pak millətin və qutsal bir topraqın ikiyə bölünməsi düşmənlərin əli_ilə çox rahat şəkildə həyata geçirilə bildi və o zaman azərbaycab milləti ayıldı ki daha zaman çox gecişmişdi.amma bu bölünmənin ardınca azərbaycanda,böyük mübarizələr ayaq tutub yola düşdü.əyər nəticə verməsədə ancaq azərbaycan milləti dayim istimara və düşmanlarına qarşı doyüş apardı.təbrizdə sətarxan və baqirxan rəhbərliği ilə məşrütə inqilabi istimara qalib gəldi, amma bu hərəkətdən azərbaycan milləti bir uğur qazana bilmədi heç bəlkə böyük insanlari şəhid edildi və bu inqilabin qazancinda indi iran adlanan ölkədə yaşayan başqa millətlərə iki əlli təqdim olundu. Bu inqilabin ardınca azərbaycanın güneyində rəhmətlik şeyx məhəmməd xiyanı rəhbərliğilə yenə bir mübarizə başlandı və təqribən bununla yanaşı azərbaycanın quzeyində_də sayın məhəmməd əmin rəsulzadənin rəhbərliği ilə milli devlət yaradmaq mübarizəsi gedir_di,təsüflə şeyx məhəmməd xiyabanı hərəkatı 6 aydan çox dəvam gətirməyib və azərbaycan düşmanlarının əllilə qana boyandı, amma azərbaycanımızın quzeyində gedən milli azadlıq hərəkatı öz yolunu dəvamlı halda aparırdı və sonucuda dünyanın şərq bölümündə olan birinci comhuriyetin yaranılmasıdı.amma yenədə təsüflə türk düşmanların gözü bu milli devlətimizidə götürməyib və nəhayət 23 aydan sonra sümürgəçilərin əli_ilə güneyimizdə gedən azadlıq hərəkatına tay qana boyandı.devlətçılığımız dağıldı amma bu comhuriyətımizdən bizə böyük bir miras və bütün məfkorələrimizi (türkçülük ,çağdaşlıq,islamçılıq) daşıyan milli bayrağımız yadıgar qaldı və nə qədər dünya varsa milli bayrağımız qalacaqdır.üç rəngili qutsal bayrağımız 1918 inci ildə güneyli və quzeyli soydaşlarımızın əlı ilə təxminən 100 gün azərbaycanımızın quzeyində devlət qorulmadan sonra yanı sentaber ayının 9_nda dünyada azərbaycan türk devlətini və millətini təmsil edən bir bayrağ kimi ortaya çıxarıldı .dediğimiz kimi comhuriyətimiz dağıldı amma milli bayrağımız dayim əttırlənıb-göz yaşları ilə suvarılıb sandıqlarda saxlanıldı.milletimiz sarsılmadan mübarizə edib və nəhayət milli bayrağımız 1988 inci illərdə avrupa ölkəlerində yenədə soydaşlarımızın və bunun ardınca naxçıvan parlımanında qaldırılıb və nəhayət 1991 inci ildə azərbaycanımızın quzeyində bağımsız devlət yaradılandan sonra yenə dalğalandı.quzeyin istiqlalindan sonra güneydə gedən milli Azadlıq hərəkatıda bu bağımsızlıqdan etgilənib və daha gücləndi və bütün aşamalardan aşmağa doğru gedirdi və bir kimsədə buna qarşı çıxa bilmirdi.amma təsüflə 2002 inci ildə bir tedad bilib və ya bilməmədən həm içəridən və həmdə dışarıdan fars dəyırmanına dən tökməyə başladılar və iran adlanan ölkədə bundan faydalanıb milli hərəkatı parçalamaqa əl atdı,bu insanlar bütün usulari ayaqlayarağ qardaş davasını salıb .güneydə gedən hərəkatı parçalamaq və ya yolundan çaşdırmağa,quzeyli-güneyli soydaşlarımızı üz-üzə quymaqa cəhd eddılər.öz təşkılat bayrağlarını azərbaycanın güneyinin bayrağı kimi aparmaqa başladılar.ancaq dogrudan ürəyi yanan fəalar həm içəridə-həm dışarıda bir an oturmadan o insanlarin ki azərbaycan mənafeyini öz mənafeylerinə qurban eləmağ istəyirdilər qarşı qarşıya çıxıb və eləyə bildilər belə insanlarin çirkin üzlərini azərbaycan millətinə tanıdalar.özəl mənafə dalısıca olan insanlar içəridə milli fəalarin qarşısında dayana bilməyib ya geri çəkilib ya zamanin gedişində hərəkətdən uzaqlaşıb öz şəxsi yaşayışlarına məşğul oldular.amma təsüflə belə insanlara və azərbaycan milli hərəkatına özlərini lider sayanlar öz çirkin işlərindən əl çəkməyilər və məncə belə insanların azerbaycan adda bir porublemleri yoxdur bəlkə azərbaycanın bunlar adda bir porublemi var ki necə öz yaxasın belə insanlardan qurtarsın.təsüflə belə insanların ya partiyalarin sayı az olmadi,hər partiya öz bayrağını güneyin bayrağı kimi terif elədi və bu arada bir güney oldu bir əllin barmaq sanı bayrağ.təbiyidir ki bu günkü dünyada hər hərəkətlarin və ya devlət qurmaq istəyən millətlərin bir simgəsi ya bayrağı olmaq önəmlidir,bunun üçün içəridə olan azərbaycan milli fəalari tezdə olmuş olsa belə bir nəzərə gəldilər ki güneyin simgə və ya bayrağ məsələsini özləri çözsinlər.amma belə məsələni aparmaqa çox diqqətli olmaq gərəklidir.çün güneyin özündə özəlikdə içəridə teşkilat azdir və çox teyfıli ya qoruh kimi demək olar,bela bir durumda çox çətinliklərlə üz-üzə gəlmək olar ki ən önəmli birisi hərəkətin yenidən parçalanmasıdır,niyə ki hər teyf ya qoruh öz önərdiyi simgə ya bayrağ üstə dayanıb və qəbul olmadıqında bir-birindən aralı getməgə doğru addım atacaqlar ki buda qalma-qala səbəb olub nəhayət səliqə ixtilaflarlnın dərinləşməsinə və hərəkat param-parça olub hərə öz sevdiyi kimi bu meydanda atını çaptırmaqa üz qoyacaq. Biz necə belə parçalanmaqın qarşısını ala bilərik?məncə yanlız sayın əbulfəzl elçi bəyin azərbaycanın güneyi üçün qəbul elədiği önərilən bayrağı ortaya çıxarmaq ki milli bayrağımızın tam özüdür yanliz fərqı buradır ki bu önərilən bayrağda ay ulduz qaradır.ancaq mencə çün rəhmətlik elçi bəyin bötüv azərbaycanda yüksək səviyəda həm millət-həmdə fəalar arasında sayqiya malikdir və azərbaycanın güneyi üçün önərilən bayrağida bu böyük liderimizin qəbul edması içəridə ve dışarıda milli hərəkatin parçalanmasının qarşısını ala biler.bundan başqa fikr edmirəm bayrağ məsəlasi çözülə bilsin. Ancaq mən özümdə bu önərilən bayrağla razılığ aparıram,amma bu arada bir neçə sual ortaya çıxır. 1_milli hərəkatə indi ki durumda simgə yaxşı olarmı?simgənin yaranması daha yaxşı olar amma təsüflə bir neçə təşkilat ki özləridə üç cüt bir tək adamdılar və indiyə kimi də hərəkati yanlız yolundan çaşdırmaqa cəhd ediblər və şükürler olsun hələ indiyə kimi öz çirkin niyətlərin yerinə yetirə bilməyiblər və bilməyacaklərdə, bunu qəbul edib və çirkin işlərindən əl çəkib və milli mənafənin oğrunda çalışsalar daha iyi olar. Amma eyər yenədə belə təşkilatlar ya şəxsilər bir neçə CD ciblərinə quyub, bir dənədə boyanmış parça buyunlarına salıb, gedib o sazimanın ya bu sazimanin qapısında dayanib,yoldan geçənə onu göstərib, azərbaycanın güneyinin adına aparsalar daha simgə heç dərdə yaramaz və yanlız bütün bu çalışmalar vaxti hədər etmək deməkdir və o zamnda milli hərəkat başqa bir yola fikirləşməlidir. 2_aya bu önərilən bayrağ azərbaycanın güneyinin devlət bayrağı demək olarmı?məncə yox, çün devlət bayrağı indidən bir önər kimi ola bilər və rəsmən devlat qorulandan sonra qəbul edilə bilər. çün hələ azərbaycanın günüyində devlət qorulmayıbdır bəs buda olmayacaq yanlız bir önər kimi hərəkatin tərəfindən aparıla bilər və devlət bayrağın parlıman və millətin səs ila yaratmaq mümkündür.amma bu önərilən bayrağ əyər milli fəalarin əksəriyətinin səsilə qəbul edilsə,dışarıda ki soydaşlar bunu azərbaycanın milli azadliq hərıkatin tanıtımı kimi dünya sazimanlarinda ve öz mitingilərində qaldıra bilənlər. 3_aya bu önərilən bayrağ azərbaycanin güneyinin milli bayrağı kimi demək olarmı?mənca yox,aşağıda öz fikrimi milli bayrağ haqqda soydaşlarımıza bildirirəm. Bayrağ məsələsində bir sıra çox önəmlı nüqtələr var ki,onları gözə almadan doğru bir söz demək olmaz.birinci və ən önəmlı nüqtə azərbaycan türklüyünün milli bayrağ məsələsi ila azərbaycanın güneyinin sabah istiqlal qazanarkən hansı devlat bayrağı qaldıracağı məsələsini bir-birindən ayırmaqdır. Milli bayrağ məfkorənin simgəsidir və məfkorəsiz milli bayrağ ola bilməz.var olan bayrağımızı yanlız azərbaycanın quzeyinin milli bayrağı kimi qələmə vermək və azərbaycanın güneyi üçündə bir milli bayrağ uydurmaq istəyənlər hansı yeni məfkorənı irəli sürürlər?azərbaycanın quzeyinin öz milli bayrağı,azərbaycanın güneyinində öz milli bayrağı olması mənasiz,məntiğsiz,savadsiz və aqla batmayan bir fikirdir.bu cahiliyin dəvamı olaraqda quzey azərbaycan milləti,güney azərbaycan milləti kimi uydurmalarda irəli sürüldü və bunu diyənlər anlamadı ki, azərbaycanı içəridən bölməklə fars dəyırmanına dən tökürlər.50 milyunluğ azərbaycan türklüyü vahid bir millətdir(onun hələ özünü tam dərk etməməsi ayrı bir muzudur)və bir millətin iki milli bayrağı ola bilməz!üç boyali(göy və qırmızı və yaşıl)səkkız qanatlı ulduz və ay paralı bayrağ azərbaycanın türklüyünün birinci milli bayrağıdır! Bu bayrağı güneyli və qüzeyli bütün azərbaycan evladları,hətta bütün türk dünyası birlikdə yoxdan var edib və onu milli bayrağ kimi ocaldıb.bildiyiz kimi,bayrağda göy boya türklüyün,qırmızı boya çağdaşlığın və demokratıyanın və yaşıl boya islamin simgəsidir.çağdaşlığ və demokratıya dövrün istəyila ortaya çıxmışdı və onu hansısa bir şəxsə baqlamaq olmaz.ancaq göy boya türklük,azərbaycan türkü əli bəy hüseyn zadenın ortaya atdığı bir fikir cərəyanı və qırmızı boyada dedıgımız kimi və yaşıl boya islam məsələsidə yenə azərbaycan türkü (şeyx cəmaleddin həmədanlının,əsədabadı,əfğanı və başqa adlarla tanınır)irəli sürdüyü bir fikir cərəyanıdı.tatar türkü yusuf aqçora üç tərzı_hərəkət əsərində osmançılığ cərəyanında daxil olmaqla bu 4 cərəyanı qarşılaşdırdı və onlardan hansısını seçmək gərəkdıyını bütün türk dünyasından soruşdu.əli bəy hüseyn zadənın türklük, çağdaşlığ, islam üçlüyünün vəhdəti hədəf alan cavabı hər kəs tərəfindən qəbul edildi və bu cavab türkiyədə ziya gögalp tərəfindən düzələşdirildi.azərbaycanda məhəmməd əmin rəsul zadənin başçılığ ilə şərqin ilk comhuriyəti olan azərbaycan xalq comhuriyətində bayrağa çevrildi,bu bayrağ bütün türklük üçün umumi olan fikir cərəyanları üzərində qurulmuş tam milli bir bayrağdir.diqqət yetirsəniz,azərbaycanın güneyi üçün irali sürülen bayrağların heç biri bu üç fikir cərəyanından və onların simgəsi olan göy,qırmızı,yaşıl boyadan imtina etmirlər.deməli,yenı məfkorə irəli sürülmür!o halda ,var olan milli məfkorənin boyalarını bir az fərğili biçimdə verməklə,ya xod hansısa bir əlavə cızgı artırmaqla yeni milli məfkorə və yeni milli bayrağ yaratmaq olmaz.hər kimsə ,haçansa gərçəkdəndə yenı bir bayrağ yaratmaq istəyərsə,öncə zəhmət çəksin, yeni bir milli məfkorə yaratsın(və millətdə qəbul etsin)sonrada bu yeni məfkorənin rəmzilərini yeni millli bayrağa çevirsin.yox,əyər var olan milli məfkorəmizin rəmziləri əsas götürülürsə,demək,var olan milli məfkorəmiz qəbul edilir və o halda, var olan milli məfkorəmizin rəmziləri əsasında yaradılmış ilk bayrağımızda elə bu məfkorənin tək milli bayrağıdır.daha onu dəyişdirmənin heç anlamı yoxdur. rəhmətlik elçi bəy tam açiq-aydın və kəsin olaraq demişdir:azərbaycanın güneyində yeni bir bayrağ yaranmayacaq,oraya bu bayrağ gedəcək. elçi bəyin bütöv azərbaycan düşüncələr kitabi elçi bəyə inanan insanlar üçün birinci doğru yol göstərici fikirdir.ancaq təbiyidir ki,sabah azərbaycanın güneyində istiqlal qazanılanda və devlət qorulanda,o devlətin özümlü bayrağı olacaqdır.sadəcə,onudulmasın ki devlət bayrağı və milli bayrağ heçdə həmişə aynılaşdıra bilməz.misal üçün,savet dövründə azərbaycan respoblıkasının devlət bayrağı varidi,ancaq o bayrağ azərbaycanın milli bayrağı dəyıldı,yanlız bəllı bir sosyalıst məfkorəni sərgıləyən devlət bayrağıdı(təkrar edirəm:milli bayrağ yanlız və yanlız milli məfkorənin simgəsidir). deməlı,azərbaycanın istər quzeyinin istərsədə güneyinin vahid bir milli bayrağı var.ancaq azərbaycanın quzeyində bu milli bayrağ həmdə devlət bayrağıdır,sabah isə azərbaycanın güneyində milli bayrağ az dəyışıklə devlət bayrağına çevirilməlidir.bu gün əsas məsələ o az fərğın necə olacaqını aydınlaşdırmaqdır.daha doğrusu,məsələ milli bayrağ məsələsi dəyil,milli bayrağımızda güneyin sabah ki devləti üçün hansı azacıq dəyışklıgı əsas götürmək məsələsidir.burada önəmli iş icəridə olan aparıcı(fəalarin)buynuna düşür nə dışarıda olan soydaşlarımızın.çün ki bütün umutlar içəridədir,aparıcı olanda,hərəkata yön verəndə,hər nə içəridədir! Ancaq yenədə mən bu önərilən bayrağı qəbul edirəm,amma bu bayrağ azərbaycanın güneyində və dışarıda nə adınan tanınacaq bu mənə çox önəmlidir. 1_aya bu önərilən bayrağ azərbaycanın güneyinin milli bayrağı kimi demək olar mı?xeyir çün bir millətin bir milli bayrağı olar.bəs buna milli bayrağ demək olmaz. 2_ aya bu önərilən bayrağ azərbaycan milli azadliq hərəkatinin tanıtımı ya azərbaycanın güneyinin devlət bayrağı kimi demək olar mı?əyər azərbaycan milli azadliq hərəkatinin bu önərilən bayrağ tanıtımı kimi olsada mən tam özlügümdə qəbul edirəm əyər milli hərəkat tərəfindən bu önərilən bayrağ gələcakdə azərbaycanin güneyində devlət yaratmaq üçündə olsa yenədə mən özlügümdə bu işi dəstəkləyirəm. əyər soydaşlardan bu yazımız üçün sorgusu olsa bu e_mail adresinə göndərə bilər: [email protected]/* */ Sag olun sayğılarımla: araz qaradağ yaşasın türkçülük yolumuz yaşasın azərbaycanımız

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar