SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Məhəmməd Təməddoni həbs edilib – Hökmün təsviri

2021.10.20, 07:36
Azərbaycanlı fəal Məhəmməd Təməddoni həbs edilib – Hökmün təsviri

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Məhəmməd Təməddoni məhkum edildiyi həbs cəzasını çəkmək üçün Urmiyə zindanında həbs edilib.

 

O Ədliyyə Şöbəsinin Hökmləri İcra edən Bölümünün  çıxardığı hökmdən sonra təhlükəsizlik qüvvələri tərəfindən dekabrın 19-da yaxalanaraq Urmiyənin Mərkəzi Zindanına aparılıb.

 

Bundan öncə Urmiyə İnqilab Məhkəməsinin 1-ci Şöbəsi 22 azərbaycanlı fəala şamil olan iki dosyeyə ayrıca baxıb, məhkəmə prosesindən sonra Nima Həsəni, Məhəmməd Təməddon və Əta Kərimini 4 ay azadlıqdan məhrum edib. Lakin sonralar Apelyasiya Məhkəməsi adı çəkilən fəalların həbs meddətini saxlandıqları müddət hesablanmaqla 1 ay müddətinə endirib.

 

Eyni dosye ilə əlaqədar 6 ay həbs cəzasına məhkum edilən azərbaycanlı fəal Yasir Əkbəri də Apelyasiya Məhkəməsinə şikayət edib, lakin onun şikayəti təmin edilməyib.

 

Fəallar sözdə “bölücü qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğ etmək”də ittiham olunub.

 

Məhəmməd Təməddon və Yasir Əkbəri 2014-cü il mayın 8-də də Beynəlxalq Karate Çempionatı zamanı təhlükəsizlik qüvvələri tərəfindən Qədir stadionunda yaxalanıblar. İlk öncə Polis İdarəsinin Təhlükəsizlik Bölümünə aparılan fəallar sonra məhkəmə qarşısına çıxarılıb.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar