SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Məhəmməd Təməddoni Urmiyə zindanından azadlığa buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Məhəmməd Təməddoni Urmiyə zindanından azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Məhəmməd Təməddoni 1 aylıq həbs cəzasını çəkdikdən sonra Urmiyə zindanından azadlığa buraxılıb.


Təhlükəsizlik qüvvələri tərəfindən 2017-ci il dekabrın 19-da yaxalanaraq Urmiyənin Mərkəzi Zindanına aparılan fəal yanvarın 14-də azad edilib.


Bundan öncə Urmiyə İnqilab Məhkəməsinin 1-ci Şöbəsi 22 azərbaycanlı fəala şamil olan iki dosyeyə ayrıca baxıb, məhkəmə prosesindən sonra Nima Həsəni, Məhəmməd Təməddoni və Əta Kərimini 4 ay azadlıqdan məhrum edib. Lakin sonralar Apelyasiya Məhkəməsi adı çəkilən fəalların həbs meddətini saxlandıqları müddət hesablanmaqla 1 ay müddətinə endirib.


Eyni dosye ilə əlaqədar 6 ay həbs cəzasına məhkum edilən azərbaycanlı fəal Yasir Əkbəri də Apelyasiya Məhkəməsinə şikayət edib, lakin onun şikayəti təmin edilməyib.


Fəallar sözdə “bölücü qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğ etmək”də ittiham olunub.


Məhəmməd Təməddoni və Yasir Əkbəri 2014-cü il mayın 8-də də Beynəlxalq Karate Çempionatı zamanı təhlükəsizlik qüvvələri tərəfindən Qədir stadionunda yaxalanıblar. İlk öncə Polis İdarəsinin Təhlükəsizlik Bölümünə aparılan fəallar sonra məhkəmə qarşısına çıxarılıb.

 



N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar