SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Səhənd Məali müvəqqəti azadlığa buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Səhənd Məali müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Səhənd Məali 300 milyon riallıq mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

Yanvarın 3-də Sarabda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan fəal yanvarın 9-da sərbəst buraxılıb.

 

Fəal saxlandıqdan sonra sorğu-suala tutulmaq üçün Təbrizin Ettelaat Şöbəsinə aparılmışdır. O sonra Saraba qaytarılıb və hakim tərəfindən ittihamı açıqlanıb.

 

Fəal azadlığa buraxıldıqdan bir gün sonra yanvarın 3-də yenidən yaxalanmışdır.

 

Səhənd Məali, Vəhid Nurməhəmmədi, Məhəmməd Rəncbər və Heydər Müzəyyən 2018-ci il dekabrın 31-də Sarab şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır. Onlar iki gün saxlandıqdan sonra yanvarın 2-də müvəqqəti sərbəst buraxılıb.

 

Səhənd Məali “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə üzləşib, lakin adı çəkilən digər fəalların ittihamı və saxlanma səbəbi ilə bağlı heç bir məlumat yoxdur.

 

Bundan əvvəl Səhənd Məali “bölücü qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə Sarab İnqilab Məhkəməsi tərəfindən qiyabi olaraq 10 ay həbs cəzasına məhkum edilib.

 

Səhənd Məali bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar