SON XƏBƏRLƏR

Azərbaycanlı fəal xəstəxanada müalicə alan ustad Həsən Dərmirçinin son vəziyyəti ilə bağlı Twitter səhifəsində post paylaşıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal xəstəxanada müalicə alan ustad Həsən Dərmirçinin son vəziyyəti ilə bağlı Twitter səhifəsində post paylaşıb

Gunaz.tv

GünAz TV: Təbrizin “Ali nəsəb” xəstəxanasında müalicə alan azərbaycanlı milli-mədəni fəal, musiqi ustadı Həsən Dəmirçinin vəziyyəti yaxşılaşır.

 

Bu barədə milli-mədəni fəal Davud Şiri çərşənbə günü Twitter səhifəsində paylaşdığı postda məlumat verib.

 

“Bu gün xəstəxanada ustad Dəmirçi ilə bağlı yaxşı və ümidverici xəbərlər var idi. Onun hörmətli qardaşının sözlərinə görə, artıq ustadın böyrəkləri adi halda işləyir. Üzündə çənə nahiyyəsinin əzələləri tərpənib, bu çox müsbət dəyişiklikdir”- deyə məlumatda bildirilib.

 

 

Bu arada iyunun 13-də Güney Azərbaycanın müxtəlif şəhərlərindən, o cümlədən Xoy və Urmiyədən olan bir qrup milli-mədəni fəal ustad Həsən Dəmirçini görmək üçün onun müalicə aldığı Təbrizin “Ali nəsəb” xəstəxanasına gediblər.

 

Ürək infarktı keçirən tanınmış fəal may ayının əvvəllərində xəstəxanaya yerləşdirilib, o ürəyindən cərrahi əməliyyat olunub.

 

Təhlükəsizlik qüvvələri xəstəxanaya müraciət edənlərin heç birinə Həsən Dəmirçi ilə görüş icazəsi vermir. Bu günə qədər yalnız xəstənin ailəsi, o da müəyyən vaxt və şəraitdə onunla görüşə bilib.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar