SON XƏBƏRLƏR

Azərbaycanlı fəalların məhkəməsi gözlənilir

2021.10.20, 07:36
Azərbaycanlı fəalların məhkəməsi gözlənilir

Gunaz.tv

GünAzTv: Yenicə İran rejiminin həbsxanasından azadlığa buraxılan ustad Əkbər Azad və daha14 nəfər mühakimə olunacaqlar.

 

2011-ci il yanvar ayının 1-də (1389-cu il dey ayının 11-i) keçiriləcək məhkəmə prosesi o halda baş verəcək ki, hazırda mühəndis Ayət (Yürüş) Mehrəlibəyli, Lətif Həsəni, Hüseyn Nəsiri və Səid Mətinpur kimi azərbaycanlı fəallar İran rejiminin həbsxanalarında ağır şəraitdə həbsdə saxlanılırlar.

 

Əldə edilən məlumata görə, rejim azərbaycanlı fəalları ağır həbs cəzasına məhkum etməyə hazırlaşır.

 

Gözlənilən məhkəmə prosesinin ağır ola biləcəyini nəzərə alaraq, vətənimiz uğrunda mübarizə aparan soydaşlarımızın müdafiəsinə qalxıb və onların haqq səsini dünya ictimaiyyəti və insan haqları təşkilatlarına çatdıraq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar