SON XƏBƏRLƏR

Azərbaycanlı millət vəkili: “Nəyə görə Sədi Fondu, mərkəzi səhra və İsfahan üçün pul var, lakin Azərbaycana yoxdur?!”

2021.10.20, 07:36
Azərbaycanlı millət vəkili: “Nəyə görə Sədi Fondu, mərkəzi səhra və İsfahan üçün pul var, lakin Azərbaycana yoxdur?!”

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Mərənd və Culfa şəhərlərinin İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəjad İran rejiminin ayrı-seçkilik və qeyri-şəffaf iqtisadi siyasətini sərt tənqid edib.


Çərşənbə günü parlamentin açıq iclasında çıxış edən millət vəkili öz söhbətində bir neçə məsələyə toxunub.


“Əhali mənə bir çox sual verir. Onlar soruşur ki, deyirsiniz Miyana-Təbriz dəmiryolu üçün pul yoxdur, amma Qəzvin-Rəşt və Tehran-İsfahan dəmiryoluna pul var. Bu necə olur?!
Onlar həmçinin soruşur: Necə olur ki, körfəzdən mərkəzi səhraya su intiqal etmək üçün pul tapılır, lakin Urmu gölünü qurtarmaq üçün tapılmır! Fars dilini xarici ölkələrə yaymaq üçün Sədi Fonduna pul verilir, amma türk dilinin ölməməsi üçün Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evinin yaradılmasına vəsait tapılmır! Bu işlər qəbuledilməzdir”- deyə o çıxışının bir hissəsində qeyd edib.


M.Həsənnəjad sözlərinin davamında ölkəni təhdid edən ən böyük problemi də açıqlayıb. O bildirib ki, bəziləri ölkənin əsas problemini inflyasiya, işsizlik, iğtişaşlar, sanksiyalar, təkfirçi qruplar, korrupsiya, astronomik məbləğlərdə maaş və s. kimi problemlərdə görə bilər. Lakin mənim fikrimcə bu məsələlər nə qədər mühüm olsa da, ölkənin əsas problemi və ona qarşı təhdid ictimaiyyətin hökumətə olan etimadının zədələnməsi məsələsidir. Etimad olarsa, hökumət hər bir problemi həll edə bilər. Son hadisələr isə göstərdi ki, ictimaiyyətin rəsmi orqanlara olan etimadı xeyli zədələnib. Bunun səbəbi də maliyyə məsələlərində şəffaflığın təmin edilməməsi, məsələlərin siyasiləşdirilməsi, qütübləşmək və s. ilə bağlıdır”- deyə o sözlərinin davamında bildirib.


“Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evi”nin yaradılması və Urmu gölünün canlandırılması İran prezidenti Həsən Ruhaninin 2013-cü il prezident seçkiləri öncəsi Azərbaycan əhalisinə verdiyi əsas vədlər olub. Lakin o prezident seçildikdən sonra verdiyi vədlərin heç birini yerinə yetirməyib. Soydaşlarımız və bir sıra yerli məsullar buna dəfələrlə öz etirazını bildirib.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar